Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Bəylər Həsən oğlu Eyyubov (10 mart 1951, Şirazlı, Vedi rayonu) — Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi (2025-ci ildən), Azərbaycan Respublika

Bəylər Eyyubov

  • Ana Səhifə
  • Bəylər Eyyubov

Bəylər Həsən oğlu Eyyubov (10 mart 1951, Şirazlı, Vedi rayonu) — Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi (2025-ci ildən), Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi (2020–2025). Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi (1993–2020), general-polkovnik (2013).

Bəylər Eyyubov
Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi
Vəzifədədir
30 iyun 2025-ci ildən
Prezidentİlham Əliyev
ƏvvəlkiDilarə Seyidzadə
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi
16 mart 2020 – 30 iyun 2025
Əvvəlkivəzifə təsis edilib
SonrakıFərid Əsgərov (Dövlət Mühafizə Xidmətinin rəisi kimi)
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi
2 iyun 2003 – 16 mart 2020
RəisVaqif Axundov
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini
6 may 2002 – 2 iyun 2003
RəisVaqif Axundov
Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini
20 sentyabr 1993 – 6 may 2002
RəisVaqif Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1951(1951-03-10) (75 yaş)
Doğum yeri
  • Şirazlı, Vedi rayonu, Ermənistan SSR, SSRİ
Fəaliyyəti siyasətçi
Rütbəsi
General-polkovnik

Təltifləri "Şərəf" ordeni — 20212021 "Azərbaycan Bayrağı" ordeni — 19981998 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20112011 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı"Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" yubiley medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Bəylər Həsən oğlu Eyyubov 10 mart 1951-ci ildə Ermənistan SSR Vedi rayonunun Şirazlı kəndində anadan olmuşdur.

Bəylər Eyyubov 20 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini, 2 iyun 2003-cü ildə isə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir.

16 mart 2020-ci ildə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş və onun əsasında yaradılan orqanlardan biri də Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti olmuşdur. Bəylər Eyyubov bu qurumun rəisi təyin edilmişdir. O, 2025-ci ilədək bu quruma rəhbərlik etmişdir.

2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Bəylər Eyyubova 26 dekabr 1995-ci ildə general-mayor, 22 avqust 2005-ci ildə general-leytenant, 25 dekabr 2013-cü ildə isə general-polkovnik ali hərbi rütbələri verilmişdir.

Mükafatları

  • "Azərbaycan Bayrağı" ordeni — 26 dekabr 1998
  • "Şərəf" ordeni — 10 mart 2021
  • 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 9 mart 2011
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 21 avqust 2010
  • 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 21 avqust 2008
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Sait

  • Mart 26, 2026

    Yaxın Şərq

  • Mart 27, 2026

    Prizma

  • Mart 27, 2026

    Rövşən Cavadov

  • Mart 26, 2026

    Möminə Xatun

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst