Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bağırlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd.

Bağırlı (Kəlbəcər)

40°12′23″ şm. e. 46°17′06″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bağırlı
40°12′23″ şm. e. 46°17′06″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Kəlbəcər rayonu
Xəritəni göstər/gizlə
Bağırlı xəritədə
Bağırlı
Bağırlı
Bağırlı xəritədə
Bağırlı
Bağırlı

BağırlıAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycana qaytarılıb.

Tarixi

Kəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində kənd. Toponim XIX əsrdə Şamaxı qəzasında yaşamış 47 ailədən ibarət bağırlı maldar elatının adı ilə bağlıdır. Ernotoponimdir. Krım vilayətində Baqerovo adlı Şəhər tipli qəsəbə, 1933 ildə Sabirabad rayonunun Haşımxanlı inzibati ərazi vahidində Bağırtuğay kəndi qeydə alınmışdır. AŞqabad vilayətində Baqır adlı dağ vardır. Türk dillərində bağır/baqır sözü "dağ yamacı", "dağ döŞü", "obyektin qabaq hissəsi" mənalarında da işlənir.

Yaylaqlar

Bəbirxan yurdu, Məmmədölən yurd, Qaraxır yurdu.

Bulaqlar

Sarı bulaq, Göy bulaq, Novlu bulaq, Qiblə bulağı, Daş bulaq, Hümmət bulağı, Bəzirgan bulağı.

Məşhur yerlər

Bəzirgan, Atqoruğu, Qanlıvurulan, Həsənölənin şişi, Yellicə (Bağırlı) dağı (dağ), Qılışlar, Novun qılışı, Qəbirstanlıq qılışı, Aralıq qılışı, Təkdamın qılışı, Təkdam, Bayraməli tapı, Duzdax boyun, Sarıuçurumun başı, Usub talası, Ocaqverdi talası, Daşlıtap, Böyükdüz, Gölünqırağı, Ələmağacı, Böyükgərdən, Balagərdən, Binnətalı, Sarıqaya, Qızılqaya, Çolpan, Bozlu, Yəhər, Qaragüney, Çirişli, Əvəlikli, Qanlıgöl, Buzluq dağı, Kərəmli dağı, Qaçaqlar qırılan, Əlvənd gölü, Cavadbiçən, Ağçay, Bulanıq çayı, Balıqlı su, Yellicə çayı, Böyük Qanlıgöl, Kiçik Qanlıgöl.

Üst