Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bağdad Kultay oğlu Amreyev (qaz. Бағдат Құлтайұлы Әміреев, d. 1 mart 1959, Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazax

Bağdad Amreyev

Vikipediya, azad ensiklopediya
Bağdad Amreyev
qaz. Бағдат Әміреев
Türk İnvestisiya Fondunun prezidenti
Vəzifədədir
11 noyabr 2022-ciildən
ƏvvəlkiVəzifə təsis edildi.
Türk Dövlətləri Təşkilatının baş katibi
3 iyul 2018 11 noyabr 2022
PrezidentNursultan Nazarbayev
ƏvvəlkiRamil Həsən
SonrakıKubanıçbəy Ömürəliyev
Şəxsi məlumatlar
Doğum tarixi (67 yaş)
Doğum yeri Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ
Fəaliyyəti Bürokrat, diplomat

Təltifləri "Dostluq" ordeni (Azərbaycan) — 2022
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bağdad Kultay oğlu Amreyev (qaz. Бағдат Құлтайұлы Әміреев, d. 1 mart 1959, Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazax bürokrat, diplomat, Qazaxıstan baş nazirinin sabiq müşaviri, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi və hal-hazırkı Türk İnvestisiya Fondunun prezidenti.

Təhsili

1982-ci ildə Tacikistan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olmuşdur. Qazaxca, rusca, ərəbcə, ingiliscə, türkcə və farsca bilir.

Fəaliyyəti

Daha əvvəllər Qazaxıstan Respublikasının İran, Türkiyə, Misir və Səudiyyə Ərəbistanında səfiri olan Amreyev 3 sentyabr 2018-ci ildə Çolpan-Atada reallaşan Türk Şurası dövlət başçılarının VI zirvə görüşündə 3 dövrlük Türk Şurası (indi ki Türk Dövlətləri Təşkilatı) baş katibi seçilmişdir.

Eyni zamanda, Qazaxıstan baş nazirinin müşaviri və Qazaxıstan Respublikasının Orta Şərq və Afrika üzrə xüsusi səfiridir.

21 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib

Üst