Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mirzəyev Bahyəddin Şahvələd oğlu (31 dekabr 1914, Sulut, Bakı quberniyası – 19 iyun 1987, Bakı) — Sovet İttifaqı Qəhrəmanı

Bahəddin Mirzəyev

Vikipediya, azad ensiklopediya
Mirzəyev Bahyəddin Şahvələd oğlu
Mirzəyev Bahəddin Şahvələd oğlu
Şəxsi məlumatlar
Digər adı Mirzəyev Bəhyəddin Şahvəddin oğlu
Doğum tarixi 31 dekabr 1914(1914-12-31)
Doğum yeri
Vəfat tarixi 19 iyun 1987(1987-06-19) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Atası Mirzəyev Şahvələd
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ
Qoşun növü artilleriya[d]
Rütbəsi
  • kapitan
Döyüşlər
  • İkinci Dünya müharibəsində Şərq cəbhəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı ulduz" ordeni

Mirzəyev Bahyəddin Şahvələd oğlu (31 dekabr 1914, Sulut, Bakı quberniyası – 19 iyun 1987, Bakı) — Sovet İttifaqı Qəhrəmanı

Həyatı

1914-cü ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur. 1936-cı ildə İsmayıllı RHK-dan orduya çağırılmışdır. Leytenant Bəhyəddin Mirzəyev 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri olub. Mozdok, Kostroma şəhərləri uğrunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişdir.

Mirzəyevin batareyası Visladakı, Oderdəki, Şpreedəki döyüşlərdə xüsusilə fərqlənmişdi. Təkcə Küstrin uğrundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv etmişdi.

Polşanın Byalobeki şəhərindəki küçə döyüşlərində Mirzəyevin batareyası piyadalara dəstək verərək, 6 tankı zərərsizləşdirmişdir.

1945-ci ilin fevral ayının əvvəlində batareya piyada qoşunları yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirdilər. Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılmış oldu. Kapitan Mirzəyev ağır yaralanmasına baxmayaraq, döyüşün sonunadək batareyasına başçılıq etdi.

Berlin uğrunda gedən döyüşlərdə yaralanıb.

SSRİ Ali Sovetinin 1945-ci il 24 mart tarixli əmrinə əsasən Mirzəyev Bahəddin Şahvələd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.

Şamaxı, İsmayıllı şəhərlərində adına küçə var.

Üst