Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bakı–Tbilisi dəmiryol xətti — Bakı ilə Tbilisi arasında 1881-ci ildə salınmışdır. Bu dəmiryol xətti həm yük, həm də sərnişin qatarları üçün istifadə edilir.

Bakı-Tbilisi dəmiryolu

  • Ana Səhifə
  • Bakı-Tbilisi dəmiryolu

Bakı–Tbilisi dəmiryol xətti — Bakı ilə Tbilisi arasında 1881-ci ildə salınmışdır. Bu dəmiryol xətti həm yük, həm də sərnişin qatarları üçün istifadə edilir.

Dəmiryol xətti
Bakı–Tbilisi dəmiryol xətti
Ölkələr
  •  Azərbaycan
  •  Gürcüstan
Şəhərlər
  • Bakı
  • Tbilisi
Uzunluğu 580 km
Başlayır Bakı
Bitir Tbilisi
İstismara verilib 1881-ci il
Təkər oxu 1520 (Azərbaycan, Gürcüstan)
Şpalları beton
Sürət 80 km/saat
Vəziyyəti Tam işlək

Tarixi

İki dənizi – Xəzəri və Qara dənizi birləşdirən Bakı–Tiflis dəmiryol xətti açıldıqdan sonra Bakı neft sənayesinin məhsullarını mərkəzi Rusiya və dünya bazarlarına kütləvi surətdə çıxarmaq mümkün oldu. Azərbaycanın iqtisadi həyatının yeni meyillərini diqqətlə izləyən görkəmli maarifçi-demokrat Həsən bər Zərdabi Bakı–Tiflis dəmiryol xəttinin çəkilməsini Azərbaycanın iqtisadiyyatına neft sənayesindən sonra güclü təsir göstərən ikinci ən mühüm amil hesab edirdi.

XIX əsrin axırlarına yaxın Zaqafqaziya dəmiryol infrastrukturunun ümumi axınında Bakı–Tbilisi xəttinin payı 98% təşkil edirdi. Xətdə ən intesiv iş Bakı stansiyasında görülürdü. Təkcə 1890-cı ildə buradan qərb istiqamətində 55,2 milyon pud yük daşınmışdı, Bakı–Tiflis xəttinin yerdə qalan stansiyalarından isə cəmi 20,86 milyon pud yük yola salınmışdı.

Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.

Həmçinin bax

  • Bakı–Tbilisi–Qars dəmiryol xətti
  • “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Əlibəy Novruzi

  • Aprel 05, 2026

    Baş nazir

  • Aprel 02, 2026

    Dil kodları

  • Mart 27, 2026

    Rəsul Quliyev (siyasətçi)

  • Mart 26, 2026

    Şəki xanlığı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst