Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bakı zəlzələsi — 2000-ci il noyabrın 25-də Azərbaycanın paytaxtı Bakı şəhərində baş vermiş zəlzələ. Bu, Azərbaycan tarixində son yüz ilin ən güclü zəlzələlərdən

Bakı zəlzələsi (2000)

  • Ana Səhifə
  • Bakı zəlzələsi (2000)

Bakı zəlzələsi — 2000-ci il noyabrın 25-də Azərbaycanın paytaxtı Bakı şəhərində baş vermiş zəlzələ. Bu, Azərbaycan tarixində son yüz ilin ən güclü zəlzələlərdən biri idi. Zəlzələ saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə hiss olunmuşdur. Zəlzələnin episentri Azərbaycanın Xəzər dənizi sektorunda yerləşirdi. Təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkmişdir.

Bakı zəlzələsi
Tarix
  • 25 noyabr 2000
    saat:21:30
Maqnituda 6,8
Episentrin yeri
    • Bakı
  • 40°15′ şm. e. 49°54′ ş. u.HGYO
Əhatəsi Bakı
Ölənlər 30
Xəritədə yeri
Bakı zəlzələsi xəritədə
Nöqtə

Zəlzələnin nəticəsi

Məlumata görə 30 nəfər tələfat qeydə alınmışdır. Zəlzələ nəticəsində müəyyən binalarda çatlar yaransa da, ümumilikdə ciddi dağıntılar müşahidə olunmamışdır. Bakının köhnə sovet binaları güclü zəlzələyə davam gətirmişdir. Ardından kiçik maqnitudalı zəlzələlər qeydə alınmışdır. Bu zəlzələ insanlar arasında şok effekti yaratmışdır.

Yardım və sonrakı addımlar

28 noyabr 2000-ci il tarixli Prezident fərmanına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 5,5 milyon dollar (25 milyard manat) vəsait ayrılır. Zəlzələnin təsirinə məruz qalan ərazilərə qiymətləndirmə qrupları göndərildi. Bakıda 27 noyabr tarixindən etibarən 19 ailənin üç ağır zədələnmiş binadan evakuasiya edilməsi qərara alınır. Məktəblər müvəqqəti olaraq bağlanılır.

BMT-nin UNHCR, UNHCR, UNICEF, UNFPA və ÜST-dən ibarət olan Fəlakətin İdarə Edilməsi Qrupu hökumətin səylərini dəstəkləmək imkanlarını nəzərdən keçirmək üçün təşkil edilir. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı Federasiyası 590.000 ABŞ dolları həcmində beynəlxalq yardım üçün təcili müraciət edir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • May 23, 2026

    Sultan Vələd

  • May 22, 2026

    Hidayət Türkoğlu

  • Mart 26, 2026

    Anemiya

  • Mart 27, 2026

    Qlobal istiləşmə

  • Mart 31, 2026

    Kübra Əliyeva

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst