Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Balıkəsir Universiteti (türk. Balıkesir Üniversitesi) — Türkiyənin Balıkəsir şəhərində fəaliyyət göstərən dövlət universiteti. 1992-ci ildə yaradılmışdır.

Balıkəsir Universiteti

Vikipediya, azad ensiklopediya
Balıkəsir Universiteti
Balıkesir Üniversitesi
Əsası qoyulub 1992
Ölkə
  •  Türkiyə
Sayt balikesir.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Balıkəsir Universiteti (türk. Balıkesir Üniversitesi) — Türkiyənin Balıkəsir şəhərində fəaliyyət göstərən dövlət universiteti. 1992-ci ildə yaradılmışdır.

Tarixi

Balıkəsir Universitetinin təməli 1910-cu ildə qoyulan Karesi Müəllimlər Məktəbinə gedib çıxır. Balıkəsir Dövlət Mühəndislik və Memarlıq Akademiyası, Balıkəsir İdarəetmə və Turizm Yüksək Məktəbi və Balıkəsir Peşə Yüksək Məktəbi 1975–1976-cı illərdə təhsil fəaliyyətinə başlamış və universitetin yaradılmasında mühüm rol oynamışdır. 1982-ci ildə 41 saylı fərmanla bu qurumların adı və statusu dəyişdirilərək Uludağ Universiteti tərkibinə daxil edilmişdir. Necati Təhsil İnstitutu 1981-ci ildə 4 illik “Ali Müəllimlər Məktəbi”nə, 1982-ci ildə isə Necatibey Təhsil Fakültəsinə çevrilmişdir.

10 il ərzində Uludağ Universitetinin tərkibində fəaliyyət göstərən bu qurumlar Balıkəsir Universiteti üçün möhkəm bir infrastruktur yaratmışdır. Balıkəsir Universiteti 11 iyul 1992-ci il tarixli, 21281 saylı rəsmi qəzetdə dərc edilən 3837 saylı qanuna əsasən müstəqil universitet kimi qurulmuş və 1 yanvar 1993-cü ildən hüquqi şəxs kimi fəaliyyət göstərməyə başlamışdır.

2015-ci ildə Bandırma Onyedi Eylül Universiteti qurulduqdan sonra İqtisadiyyat və İdarəetmə Elmləri, Dənizçilik, Səhiyyə Elmləri fakültələri, Gönen Geotermal İnstitutu və Bandırma, Erdek, Manyas, Gönen peşə məktəbləri Balıkəsir Universitetindən ayrılaraq yeni universitetə verilmişdir.

Elmi mükafatlar

Balıkəsir Universitetinin müəllim və tələbələrinin təqdim etdiyi “Süni intellektlə qastronomiya təcrübələrinin layihələndirilməsinin müqayisəli təhlili” adlı məqalə 6–7 dekabr 2025-ci il tarixlərində Pakistanın Karaçi şəhərində keçirilən 12-ci Beynəlxalq CEO Sosial Elmlər Konqresində “Ən Yaxşı Məqalə Mükafatı”na layiq görülmüşdür.

Kampuslar

Çağış Kampusu
Təsviri Sənət Fakültəsi

Çağış kampusu

Şəhər kənarında yerləşən əsas Çağış kampusuna şəhər mərkəzindən saat 07:00-dan 23:00-dək mütəmadi olaraq avtobus və mikroavtobuslar işləyir.

Burada yerləşən birimlər:

  • Rektorluq binası və inzibati şöbələr
  • Mühəndislik Fakültəsi
  • Memarlıq Fakültəsi
  • Təbiət Elmləri və Ədəbiyyat Fakültəsi
  • Turizm Fakültəsi
  • Tibb Fakültəsi
  • Baytarlıq Fakültəsi
  • Hüquq Fakültəsi
  • İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsi
  • Balıkesir Peşə Yüksək Məktəbi
  • Mərkəzi Kitabxana
  • Əsas İdman Zalı
  • Təbiət Elmləri İnstitutu
  • Sosial Elmlər İnstitutu
  • Səhiyyə Elmləri İnstitutu

NEF kampusu

Şəhər mərkəzində yerləşən NEF kampusu universitetin tarixi mərkəzidir. Burada fəaliyyət göstərən birimlər:

  • Necatibey Təhsil Fakültəsi
  • İdman Elmləri Fakültəsi
  • NEF Konfrans Zalı
  • Halil İnalcık Konfrans Zalı
  • İdman Zalı və Fitnes Mərkəzi
  • Davamlı Təhsil Mərkəzi (BAUSEM)

Akademik quruluş

Fakültələr

Balıkəsir Universitetində 14 fakültə fəaliyyət göstərir:

  • Burhaniyə Tətbiqi Elmlər Fakültəsi (Burhaniye Uygulamalı Bilimler Fakültesi)
  • Təbiət Elmləri və Ədəbiyyat Fakültəsi (Fen-Edebiyat Fakültesi)
  • Təsviri Sənət Fakültəsi (Güzel Sanatlar Fakültesi)
  • Hüquq Fakültəsi (Hukuk Fakültesi)
  • İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsi (İktisadi ve İdari Bilimler Fakültesi)
  • İlahiyyat Fakültəsi (İlahiyat Fakültesi)
  • Memarlıq Fakültəsi (Mimarlık Fakültesi)
  • Mühəndislik Fakültəsi (Mühendislik Fakültesi)
  • Necatibey Təhsil Fakültəsi (Necatibey Eğitim Fakültesi)
  • Səhiyyə Elmləri Fakültəsi (Sağlık Bilimleri Fakültesi)
  • İdman Elmləri Fakültəsi (Spor Bilimleri Fakültesi)
  • Tibb Fakültəsi (Tıp Fakültesi)
  • Turizm Fakültəsi (Turizm Fakültesi)
  • Baytarlıq Fakültəsi (Veteriner Fakültesi)

İnstitutlar

  • Edremit Zeytunçuluq İnstitutu (Edremit Zeytincilik Enstitüsü)
  • Təbiət Elmləri İnstitutu (Fen Bilimleri Enstitüsü)
  • Səhiyyə Elmləri İnstitutu (Sağlık Bilimleri Enstitüsü)
  • Sosial Elmlər İnstitutu (Sosyal Bilimleri Enstitüsü)

Yüksək Məktəblər

  • Edremit Mülki Aviasiya Yüksək Məktəbi (Edremit Sivil Havacılık Yüksekokulu)
  • Xarici Dillər Yüksək Məktəbi (Yabancı Diller Yüksekokulu)

Peşə Yüksək Məktəbləri

  • Altınoluk Peşə Yüksək Məktəbi
  • Ayvalık Peşə Yüksək Məktəbi
  • Balıkesir Peşə Yüksək Məktəbi
  • Bigadiç Peşə Yüksək Məktəbi
  • Burhaniye Peşə Yüksək Məktəbi
  • Dursunbey Peşə Yüksək Məktəbi
  • Edremit Peşə Yüksək Məktəbi
  • Havran Peşə Yüksək Məktəbi
  • İvrindi Səhiyyə Xidmətləri Peşə Yüksək Məktəbi
  • Kepsut Peşə Yüksək Məktəbi
  • Savaştepe Peşə Yüksək Məktəbi
  • Sındırgı Peşə Yüksək Məktəbi
  • Susurluk Kənd Təsərrüfatı və Meşəçilik Peşə Yüksək Məktəbi

Rektorlar

  • 1992–1994: Prof. Dr. Asım Yücel
  • 1994–1998: Prof. Dr. Aydın Okçu
  • 1998–2006: Prof. Dr. Necdet Hacıoğlu
  • 2006–2010: Prof. Dr. Şerif Saylan
  • 2010–2014: Prof. Dr. Mahir Alkan
  • 2014–2018: Prof. Dr. Kerim Özdemir
  • 2018–2023: Prof. Dr. İlter Kuş
  • 2023–hal-hazırda: Prof. Dr. Yücel Oğurlu

Tələbə cəmiyyətləri

Balıkəsir Universitetində 11.500-dən çox fəal üzvü olan müxtəlif elmi, mədəni, idman və sosial sahələrdə fəaliyyət göstərən tələbə cəmiyyətləri var.

Cəmiyyətin adı (Azərbaycanca)Orijinal adı (Türkcə)Fəal üzvlər
Aykido CəmiyyətiAİKİDO TOPLULUĞU128
Akademik Hüquq CəmiyyətiAKADEMİK HUKUK TOPLULUĞU231
Ağıl və Məntiq Oyunları CəmiyyətiAKIL ve ZEKA OYUNLARI TOPLULUĞU379
Anatomiya CəmiyyətiANATOMİ TOPLULUĞU126
Atatürkçü Düşüncə CəmiyyətiATATÜRKÇÜ DÜŞÜNCE TOPLULUĞU266
Avropa Tibb Tələbələri Assosiasiyası (EMSA)AVRUPA TIP ÖĞR.BİRLİĞİ TOPLULUĞU20
BAUN OBİDEV CəmiyyətiBAUN OBİDEV TOPLULUĞU323
Elm, Sosial Həmrəylik və Sinerji CəmiyyətiBİLİM, TOPLUMSAL DAYANIŞMA ve SİNERJİ TOP.20
Elmdə Qadınlar CəmiyyətiBİLİMDE KADINLAR TOPLULUĞU109
Velosiped CəmiyyətiBİSİKLET TOPLULUĞU187
Birja və İnvestisiya CəmiyyətiBORSA ve YATIRIM TOPLULUĞU184
Uşaq Hüquqları və Diplomatiya CəmiyyətiÇOCUK HAKLARI VE DİPLOMASİ TOPLULUĞU138
Məktəbəqədər Təhsildə Dizayn və Drama CəmiyyətiÇOCUK EĞİTİMİNDE TASARIM VE DRAMA TOPLULUĞU20
Alpinizm və Qış İdmanları CəmiyyətiDAĞCILIK ve KIŞ SPORLARI TOPLULUĞU497
Dezinformasiya ilə Mübarizə CəmiyyətiDEZENFORMASYONLA MÜCADELE TOPLULUĞU20
Ədəbiyyat, Kitab və Debat CəmiyyətiEDEBİYAT, KİTAP ve MÜNAZARA TOPLULUĞU211
Elektrik və Kompüter Sistemləri CəmiyyətiELEKTRİK, BİLGİSAYAR SİSTEMLERİ TOPLULUĞU307
Sənaye Elmləri və Texnologiya CəmiyyətiENDÜSTRİ BİLİMLERİ ve TEKNOLOJİ TOPLULUĞU104
Məktəbəqədər Təhsil CəmiyyətiERKEN ÇOCUKLUK EĞİTİMİ TOPLULUĞU210
Film Təhlili və İstehsalı CəmiyyətiFİLM İNCELEME ve YAPIM TOPLULUĞU25
Fizioterapiya və Reabilitasiya CəmiyyətiFİZYOTERAPİ ve REHABİLİTASYON TOPLULUĞU80
Qastronomiya CəmiyyətiGASTRONOMİ TOPLULUĞU172
Ənənəvi və Tamamlayıcı Təbabət CəmiyyətiGELENEKSEL ve TAMAMLAYICI TIP TOPLULUĞU27
Gələcəyin Pedaqoqları CəmiyyətiGELECEĞİN EĞİTİMCİLERİ TOPLULUĞU20
Gənclik, Qadın və Ailə CəmiyyətiGENÇLİK, KADIN ve AİLE TOPLULUĞU163
Gənc Qızıl Ayparalar CəmiyyətiGENÇ KIZILAY TOPLULUĞU75
Gənc TEMA CəmiyyətiGENÇ TEMA TOPLULUĞU174
Gənc Baxış CəmiyyətiGENÇ VİZYON TOPLULUĞU20
Gənc Sahibkarlar CəmiyyətiGENÇ GİRİŞİMCİLER TOPLULUĞU20
Dünyanın Gənc Həkimləri CəmiyyətiGENÇ YERYÜZÜ DOKTORLARI TOPLULUĞU27
Genetik Araşdırmalar CəmiyyətiGENETİK ARAŞTIRMA TOPLULUĞU196
Qida İnnovasiyaları və Texnologiyaları CəmiyyətiGIDA İNOVASYON ve TEKNOLOJİ TOPLULUĞU38
Təsviri Sənət CəmiyyətiGÖRSEL SANATLAR TOPLULUĞU185
İctimai Səhiyyə CəmiyyətiHALK SAĞLIĞI TOPLULUĞU0
Xalq Rəqsləri CəmiyyətiHALKOYUNLARI TOPLULUĞU240
Həyata Toxunanlar CəmiyyətiHAYATA DOKUNANLAR TOPLULUĞU20
Heyvanları və Təbiəti Qoruma CəmiyyətiHAYVANLARI VE DOĞAYI KORUMA TOPLULUĞU167
Hamı üçün Maneəsiz Təhsil CəmiyyətiHERKES İÇİN ENGELSİZ EĞİTİM TOPLULUĞU196
Hamı üçün İdman CəmiyyətiHERKES İÇİN SPOR TOPLULUĞU345
Kommunikasiya və Gənc Rəhbərlər CəmiyyətiİLETİŞİM VE GENÇ YÖNETİCİLER TOPLULUĞU145
Elm və Sivilizasiya CəmiyyətiİLİM ve MEDENİYET TOPLULUĞU70
Elmi Müzakirə CəmiyyətiİLMİ MÜZAKERE TOPLULUĞU58
İngilis Dili Danışıq CəmiyyətiİNGİLİZCE KONUŞMA TOPLULUĞU158
Bəşəriyyət və Sivilizasiya CəmiyyətiİNSANLIK VE MEDENİYET TOPLULUĞU20
İnnovasiya və Texnologiya CəmiyyətiİNOVASYON ve TEKNOLOJİ TOPLULUĞU52
Yaxşılığın Gələcəyi CəmiyyətiİYİLİĞİN GELECEĞİ TOPLULUĞU20
Qadın və Həyat CəmiyyətiKADIN ve YAŞAM TOPLULUĞU339
Keyfiyyət Səfirləri CəmiyyətiKALİTE ELÇİLERİ TOPLULUĞU20
Amerikan Futbolu CəmiyyətiKORUMALI FUTBOL TOPLULUĞU115
Körfəz Peşə Məktəbləri CəmiyyətiKÖRFEZ YÜKSEKOKULLAR TOPLULUĞU21
Quş Müşahidəsi və Təbiət CəmiyyətiKUŞ GÖZLEM ve DOĞA TOPLULUĞU22
Qovayi-Milliyə CəmiyyətiKUVAYİ MİLLİYE TOPLULUĞU94
Mədəniyyət Səfirləri CəmiyyətiKÜLTÜR ELÇİLERİ TOPLULUĞU20
Kitabxana CəmiyyətiKÜTÜPHANE TOPLULUĞU373
Latın Rəqsləri CəmiyyətiLATİN DANSLARI TOPLULUĞU244
LÖSEV Cəmiyyəti (Leykemiya ilə mübarizə)LÖSEV TOPLULUĞU143
Mənəvi və Psixoloji Məsləhət CəmiyyətiMANEVİ-PSİKOLOJİK DANIŞMA TOPLULUĞU54
Riyaziyyat CəmiyyətiMATEMATİK TOPLULUĞU45
Milli Dirçəliş CəmiyyətiMİLLİ DİRİLİŞ TOPLULUĞU91
Milli İradə CəmiyyətiMİLLİ İRADE TOPLULUĞU73
Milli Məfkurə CəmiyyətiMİLLİ MEFKURE TOPLULUĞU20
Milli Müdafiə və Texnologiya CəmiyyətiMİLLİ SAVUNMA ve TEKNOLOJİ TOPLULUĞU94
Memarlıq və Dizayn CəmiyyətiMİMARLIK VE TASARIM TOPLULUĞU45
Misya Aviasiya və Kosmos Texnologiyaları CəmiyyətiMİSYA HAVACILIK ve UZAY TEKN. TOPLULUĞU42
Avto-Moto İdman CəmiyyətiMOTOR SPORLARI TOPLULUĞU44
Musiqi CəmiyyətiMÜZİK TOPLULUĞU316
Ombudsmanın CəmiyyətiOMBUDSMANLIK TOPLULUĞU70
Meşəçilik və Təbiət Tədqiqatları CəmiyyətiORMAN VE DOĞA ARAŞTIRMALARI TOPLULUĞU20
Psixiatriya CəmiyyətiPSİKİYATRİ TOPLULUĞU42
Psixologiya CəmiyyətiPSİKOLOJİ TOPLULUĞU108
Psixoloji Məsləhət və Rəhbərlik CəmiyyətiPSİKOLOJİK DANIŞMANLIK ve REHBERLİK TOP.198
Radio və Kommunikasiya CəmiyyətiRADYO ve İLETİŞİM TOPLULUĞU30
Robototexnika CəmiyyətiROBOT TOPLULUĞU39
Səhiyyə Akademiyası CəmiyyətiSAĞLIK AKADEMİSİ TOPLULUĞU29
Səhiyyə Səfirləri CəmiyyətiSAĞLIK ELÇİLERİ TOPLULUĞU20
Sağlam Həyat CəmiyyətiSAĞLIKLI YAŞAM TOPLULUĞU41
Səhiyyədə İnnovasiya CəmiyyətiSAĞLIKTA İNOVASYON TOPLULUĞU20
Şahmat CəmiyyətiSATRANÇ TOPLULUĞU117
Politologiya, İdarəetmə və Füturizm CəmiyyətiSİYASET YÖNETİMİ ve FÜTÜRİZM TOPLULUĞU109
Sosiologiya CəmiyyətiSOSYOLOJİ TOPLULUĞU0
Sualtı İdman Türləri CəmiyyətiSUALTI SPORLARI TOPLULUĞU124
TEKNOFEST CəmiyyətiTEKNOFEST TOPLULUĞU20
Tibb Fakültəsi Elmi Tədqiqat CəmiyyətiTIP FAKÜLTESİ BİLİMSEL ARAŞTIRMA TOP.75
Teatr CəmiyyətiTİYATRO TOPLULUĞU323
Cəmiyyət Könüllüləri CəmiyyətiTOPLUM GÖNÜLLÜLERİ TOPLULUĞU0
Türkiyə Tibb Tələbələri Assosiasiyası (TurkMSIC)TÜRK TIP ÖĞRENCİLERİ BİRLİĞİ TOPLULUĞU47
Türk Yurdu CəmiyyətiTÜRK YURDU TOPLULUĞU496
Beynəlxalq İnformasiya və Texnologiya CəmiyyətiULUSLARARASI BİLGİ ve TEKNOLOJİ TOPLULUĞU280
IEEE Tələbə Qolu CəmiyyətiULUSLARARASI ELEKTRİK ELEKTRONİK MÜH. TOP.312
Beynəlxalq Tələbələr CəmiyyətiULUSLARARASI ÖĞRENCİ TOPLULUĞU82
Fəal Universitet Gəncləri CəmiyyətiÜNİVERSİTELİ AKTİF GENÇLER TOPLULUĞU0
Süni İntellekt Savadlılığı CəmiyyətiYAPAY ZEKA OKURYAZARLIĞI TOPLULUĞU20
Süni İntellekt və Data Elmi CəmiyyətiYAPAY ZEKA VE VERİ BİLİMİ TOPLULUĞU20
Ömür Boyu İnkişaf CəmiyyətiYAŞAM BOYU GELİŞİM TOPLULUĞU132
Yaradıcı Yazı və Tətbiqi Ədəbiyyat CəmiyyətiYARATICI YAZARLIK ve UYGULAMALI EDEBİYAT TOP.123
Yenilər CəmiyyətiYENİLER TOPLULUĞU26
Yaşıl Aypara CəmiyyətiYEŞİLAY TOPLULUĞU55
Yörük Türkman Mədəniyyətini Tədqiqat CəmiyyətiYÖRÜK TÜRKMEN KÜLTÜRÜNÜ ARAŞTIRMA TOP.173
Cəmi Fəal Üzv11.559

Məşhur məzunları

  • Yasemin Adar — Türkiyə sərbəst güləşçisi, dünya və Avropa çempionu.
  • Tuna Aktürk — Balıkəsir bələdiyyə sədrinin keçmiş müavini və "Balıkesirspor" klubunun prezidenti.
  • Halil İnalcık — Görkəmli osmanlışünas tarixçi.
  • Muharrem İnce — Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı və siyasətçi.
  • Gülşah Kocatürk — Türkiyə cüdoçusu.
  • İsmail Özgün — Türkiyə siyasətçisi.
  • Ümit Sonkol — Türkiyə basketbolçusu.
Üst