| Bala Söyüdlü | |
|---|---|
| 40°52′03″ şm. e. 47°33′29″ ş. u.HGYO | |
| Ölkə | |
| İqtisadi rayon | Şəki-Zaqatala iqtisadi rayonu |
| Rayon | Oğuz rayonu |
![]() Bala Söyüdlü | |
Bala Söyüdlü — Azərbaycan Respublikasının Şəki-Zaqatala iqtisadi rayonunun Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş kənd. Keçmiş kəndin ərazisi hal hazırda Böyük Söyüdlü kəndinin ərazisinin hissəsidir.
Tarixi
Azərbaycan SSR 1977-ci il üçün olan vəziyyətə görə tərtib edilmiş inzibati ərazi bölgüsündə əsasən, Bala Söyüdlü kəndi Vartaşen rayonunun Böyük Söyüdlü kənd Sovetinin tərkibində qeyd olunurdu.
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli Qərarı ilə Vartaşen şəhərinin Oğuz şəhəri, Vartaşen rayonunun Oğuz rayonu adlnadırılması qərara alınmışdı.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi vahidi tərkibindəki Bala Söyüdlü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmağı qərara alınmışdı.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Oğuz rayonunun ləğv olunmuş kəndləri
- 1999-cu ildə ləğv olunan yaşayış məntəqələri

