Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Baxşəli Həsənəli oğlu Baxşəliyev (20 avqust 1920, Bərdə, Cavanşir qəzası – 12 noyabr 1987, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR maliyyə naziri

Baxşəli Baxşəliyev

Vikipediya, azad ensiklopediya
Baxşəli Baxşəliyev
Azərbaycan SSR maliyyə naziri
20 avqust 1970 13 oktyabr 1987
ƏvvəlkiQurban Xəlilov
SonrakıBədir Qarayev
Azərbaycan SSR maliyyə nazirinin birinci müavini
1968 1970
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bərdə, Cavanşir qəzası, Azərbaycan SSR
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya Sov.İKP (1958)
Fəaliyyəti dövlət qulluqçusu
Uşağı Gövhər Baxşəliyeva

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
"Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1982

Baxşəli Həsənəli oğlu Baxşəliyev (20 avqust 1920, Bərdə, Cavanşir qəzası12 noyabr 1987, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR maliyyə naziri (1970–1987).

Həyatı

Baxşəli Həsənəli oğlu Baxşəliyev 20 avqust 1920-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1937-ci ildə burada orta məktəb kitabxanaçısı kimi başlamışdır. 1940-cı ildən rayon maliyyə şöbəsinin baş inspektoru, baş mühasibi, nəzarət-təftiş idarəsinin Bərdə rayonu üzrə nəzarətçi-müfəttişi vəzifələrində işləmişdir. Ali təhsilini Ümumittifaq Qiyabi Maliyyə İnstitutunda almışdır.

1954-cü ildə Baxşəli Baxşəliyev Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatına baş nəzarətçi-müfəttiş işinə keçirilmiş, sonra isə nəzarət-təftiş idarəsinin şöbə rəisi olmuşdur. 1961–1968-ci illərdə Azərbaycan SSR Dövlət Sığorta Baş İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 1968-ci ildən isə Azərbaycan SSR maliyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. Baxşəli Baxşəliyev 1970-ci ildən 1987-ci ilədək Azərbaycan SSR maliyyə naziri olmuşdur.

Baxşəli Baxşəliyev 8–11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş və Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX, XXX və XXXI qurultaylarında (1971-ci ildən) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir. İki dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.

Baxşəli Baxşəliyev 12 noyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.

Üst