Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bayat savaşı və ya Bayat müharibəsi — Hacı Çələbinin Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək üçün Qarabağ xanlığına hücumu nəticəsində baş verə

Bayat savaşı

Vikipediya, azad ensiklopediya
Bayat müharibəsi
Azərbaycan xanlıqları
Yeri Bayat qalası, Qarabağ xanlığı
Səbəbi Hacı Çələbinin Qarabağı Şəki xanlığına birləşdirmək istəməsi
Nəticəsi Qarabağ xanlığı qalib gəldi
Münaqişə tərəfləri

Qarabağ xanlığı

Şəki xanlığı
Şamaxı xanlığı

Komandan(lar)

Pənahəli xan

Hacı Çələbi xan
Hacı Məhəmmədəli xan

Bayat savaşı və ya Bayat müharibəsi — Hacı Çələbinin Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək üçün Qarabağ xanlığına hücumu nəticəsində baş verən döyüşdür. Bu döyüş Qarabağ xanlığının xanı Pənahəli xanın qələbəsi ilə başa çatıb.

Döyüş

Hacı Çələbinin Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək siyasəti 1748-ci ildə Şəki xanlığı ilə Qarabağ xanlığı arasında Bayat savaşına səbəb oldu. Hacı Çələbi və onun müttəfiqi Şamaxı xanı Hacı Məhəmmədəli xanın birləşmiş qüvvələri Qarabağın bəzi ərazilərini ələ keçirsələr də, qələbə qazana bilməyərək Pənahəli xanın müstəqilliyini tanıdılar. Hacı Çələbi xan geri qayıdarkən dedi ki:

Pənah xan indiyənəcən bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq!

Üst