Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi. Qafqazın 5 verstli

Bağırbəyli (Qafan)

Vikipediya, azad ensiklopediya
Tarixi Zəngəzur mahalı əraziləri
Ermənistan, Qafan rayonu
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Zəngəzur qəzası
İnzibati mərkəz Qafan
Ləğv edilib 1918-1920

Bağırbəyli (keçmiş Zəngəzur mahalı) yerləşən kənd.

Etimologiyası

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Bağırbəy şəxs adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib, «Bağırbəyə mənsub kənd» mənasını bildirir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1917-ci ildə Qubadlı qəzasının Cicimli inzibati ərazi vahidində eyniadlı kənd qeydə alınmışdır.

Bağırbəyli kəndində ermənilər 7 kişi və qadını bir evə doldurmuş, onları diri-diri yandırmışdılar. Gorus rayonunun 21-ci km-də yerləşən bu kənd 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır. Semantik cəhətdən məlumdur. Toponim Bağırbəyli nəsl, tayfa adı ilə bağlıdır

Əhalisi


Üst