Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Beşbarmaq dağı və ya Baş Bərmək dağı, həmçinin Xızırzində — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşb

Beşbarmaq dağı

40°57′30″ şm. e. 49°13′56″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Beşbarmaq dağı
Beşbarmaq dağı 2024-cü ildə
Beşbarmaq dağı 2024-cü ildə
Ümumi məlumatlar
Dağ sistemi Böyük Qafqaz
Dağ silsiləsi Baş Qafqaz silsiləsi
Mütləq hündürlüyü 382 m, 468 m
Yerləşməsi
40°57′30″ şm. e. 49°13′56″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Siyəzən
Beşbarmaq dağı xəritədə
Beşbarmaq dağı
Beşbarmaq dağı
Beşbarmaq dağı xəritədə
Beşbarmaq dağı
Beşbarmaq dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beşbarmaq dağı və ya Baş Bərmək dağı, həmçinin Xızırzində — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir.

Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür.

Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

Tarixi

Beşbarmaq dağı ərazisi arxeoloji baxımdan çoxqatlı tarixi inkişaf mərhələlərinə malikdir.

“Beşbarmaq arxeoloji ekspedisiyası”nın rəhbəri, tarixçi-arxeoloq Səfər Aşurovun rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı Beşbarmaq qalasının ikinci terrasındakı qazıntılar bu ərazidə İlk Tunc dövrünə — Kür-Araz mədəniyyətinə aid mədəni təbəqənin mövcudluğunu təsdiq etmişdir. Qazıntılar nəticəsində orta əsr yazılı mənbələrində qeyd olunan karvansaranın yeri də müəyyən edilmişdir. Tikilinin plan-quruluş xüsusiyyətlərinin XVII əsr səyyahı Adam Olearinin təsvirləri ilə uyğunluq göstərməsi, həmçinin numizmatik materialların, qəlyan ucluqlarının və məhək daşının tapılması abidənin karvansara olduğunu təsdiqləyir.

Xıdır Zində piri

Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur.

Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir. Magistral yoldan pirə qədər olan torpaq yol yaz-payız fəslində palçıqlı, yayda tozlu, qışda isə sürüşkən olur və gediş-gəlişi çətinləşdirir. Ərazidə su qıtlığı müşahidə olunur, belə ki, qurbanlıq kəsilən yerdə debiti çox az olan cəmi bir bulaq var. Pir ətrafında tək-tək ağaclara rast gəlinir. Ziyarətçilər tərəfindən bu ağacların kölgəsində ocaq yandırıldığından onlar qurumaq təhlükəsi altındadır.

Turizm əhəmiyyəti

Beşbarmaq dağı dırmanma, velosiped sürmə kimi idman növləri baxımından həm təlim, həm də yarış ərazisi kimi istifadə oluna bilər. Bundan başqa ərazidə paraplan və paraşüt uçuşları həyata keçirmək mümkündür. Ərazi ornitoloji turizm çərçivəsində quş müşahidə məntəqəsi kimi də istifadə oluna bilər.

Həmçinin bax

Üst