| Binə | |
|---|---|
| |
| 39°34′59″ şm. e. 46°54′05″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Xocavənd rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.102 m |
| Əhalisi | |
| Əhalisi |
|
![]() Binə | |
Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır.
Tarixi
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tarixi abidələri
Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
| İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
|---|---|---|---|---|---|
| 4331 | Məbəd | XVIII əsr | Binə kəndi | Memarlıq | Yerli |
Coğrafiyası və iqlimi
Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında, Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub–qərbdə, Hadrut qəsəbəsindən 50 km şimal–qərbdə yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | XXXX | XXXX | XXXX |
| 2009 | ↗XXXX | ↗XXXX | ↗XXXX |
İqtisadiyyatı
İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var.
Mədəniyyəti
İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu.
Təhsil
İşğaldan qabaq kənddə orta məktəb, kitabxana, uşaq bağçası var idi.
Səhiyyə
İşğaldan qabaq kənddə tibb məntəqəsi var idi.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Xocavənd rayonunun kəndləri
- Binə (Xocavənd) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri

