| Binə Xocavar | |
|---|---|
| 39°04′ şm. e. 48°39′ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Masallı rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Binə Xocavar | |
Binə Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi
Əhalisi 1150 nəfərdir.
Toponimiyası
Yaşayış məntəqəsi keçmişdə Xocavar (indi mövcud deyil) kəndinin binə yeri olmuşdur. XIX əsrin axırlarında kəndin əhalisi binə yerində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoymuşdur. Toponim "Xocavar kəndinə məxsus binə" mənasındadır.
Tarixi
XIX əsrin əvvəllərində qonşu Böyük Xocavar kəndindən qopan və kəndin indiki ərazisində özlərinə binə salan ailələrdən təşkil olunmuşdur. Kəndin adı Binə Xocavar da elə buradan götürülmüşdür. Sovet dönəmində bu kəndlər bir sovetlikdə, indi isə bir bir bələdiyyə ərazisində yerləşir.[mənbə göstərilməlidir]
İqtisadiyyatı
Kənd əhalisi Sovetlər dönəmində əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. İndi isə əhalinin bir hissəsi kənd təsərrüfatı ilə, digər hissəsi isə kiçik sexlər səviyyəsində mebel istehsalı ilə məşğul olur.[mənbə göstərilməlidir]
Din
Kənddə Binə Xocavar kənd məscidi dini icması fəaliyyət göstərir.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Masallı rayonunun kəndləri
