Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun Birinci Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991

Birinci Çaylı

40°28′02″ şm. e. 48°42′39″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Birinci Çaylı
40°28′02″ şm. e. 48°42′39″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 721 m
Xəritəni göstər/gizlə
Birinci Çaylı xəritədə
Birinci Çaylı
Birinci Çaylı

Birinci ÇaylıAzərbaycan Respublikasının Şamaxı rayonunun Birinci Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Çaylı kəndi Göylər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çaylı kənd Soveti yaradılmışdır.

Toponimikası

Yaşayış məntəqəsi Pirsaat çayı sahilində salındığına görə belə adlanmışdır. Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar. Adının mənşəyi və İnzibati statusu (Etimologiyası)Bəy mülkü: Kəndin adı vaxtilə bu ərazilərin sahibi və ya icma rəhbəri olmuş Ağa Kişibəy (Ağa-Kişi-Bəy) adlı yerli zadəganın adından götürülmüşdür. Şamaxı bölgəsində bir neçə Çaylı kəndi olduğundan, onları fərqləndirmək üçün rəsmi sənədlərdə bura Çaylı-Ağa-Kişibəy və ya Çaylı I deyilirdi. Bəy mülkləri xəritəsi (Kameral təsvirlər): Xanlıqlar dövründə müasir mənada kartoqrafik xəritələr çox nadir idi. Lakin kənd xəritə kimi qəbul olunan "Kameral təsvir" (Камеральное описание) sənədlərində və torpaq mülkiyyəti planlarında (yerli bəylərin mülk sərhədlərini göstərən xəritə-sxemlərdə) yer alıb.Tarixi mənşəyi: Şərq sənədlərində bura Ağa Kişibəyin mülkü olan Çaylı obası (və ya Çaylı-Ağa-Kişibəy) olaraq qeyd edilib. Ağa Kişibəy Şirvan və Şəki xanlıqları dövründə nüfuzlu olan yerli zadəgan nəsillərindən birinin nümayəndəsi olub.

Tarixi

Kənd Şirvanşahlar dövlətinin vaxtından mövcuddur. Ərazisi Şirvan xanlığının Xançoban mahalının tərkibində olub. Xançoban mahalında 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli–Gözlü, Veysəlli, Mərzili Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı. Mahalın naibi Məlik Umud idi.
Çar Rusiyası dövrü xəritələri: XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid Bakı quberniyasının kameral təsvirlərində kənd Şamaxı qəzasının Qəbiristan (Qobustan) polis sahəsinə (rusca: Кабристанский полицейский участок) aid edilirdi.
Çaylı-Ağa-Kişibəy kəndi barədə arxivlərdə, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Fövqəladə Təhqiqat Komissiyasının (FTK) rəsmi sənədlərində və professor Solmaz Rüstəmova-Toğidinin ⁠"Şamaxı. Mart-İyul 1918-ci il. Sənədlərdə Azərbaycan qırğınları" (rus dilində: ШЕМАХА. Март-Июль 1918 г. Азербайджанские погромы в документах) adlı fundamental tədqiqat əsərində geniş tarixi faktlar qorunub saxlanmışdır.
Hücumun təfərrüatları (1918-ci il sənədləri)Rəsmi FTK sənədlərinə əsasən, Çaylı-Ağa-Kişibəy kəndi Şamaxı qəzasında erməni-daşnak və qismən molokan silahlı dəstələri tərəfindən iki dəfə (təkrarən) hücuma və talana məruz qalan kəndlərdən biridir.İlk hücum: 1918-ci ilin mart-aprel aylarında S. Şaumyanın göstərişi və S. Lalayevin rəhbərliyi altındakı qüvvələr kəndi tamamilə mühasirəyə alaraq yandırmış, sakinlərin mal-qarasını və bütün əmlakını talamışdır.İkinci hücum (Geri çəkilmə vaxtı): 1918-ci ilin iyul ayında Qafqaz İslam Ordusu (Azərbaycan-türk qoşunları) Şamaxını azad etmək üçün irəliləyərkən, geri çəkilən erməni silahlı qrupları kəndə yenidən hücum etmiş, sağ qalan azsaylı dinc sakinləri daha böyük qəddarlıqla qətlə yetirmiş və evlərin qalıqlarını da məhv etmişlər.
1918-ci il hadisələri: 1918-ci ildə erməni daşnak dəstələrinin Şamaxıda törətdiyi soyqırımları zamanı bu kənd də ciddi dağıntılara və insan itkilərinə məruz qalmışdır. Tarixi sənədlərə əsasən, 145 evdən ibarət və 822 nəfər əhalisi olan Çaylı-Ağa-Kişi-Bəy kəndində ermənilər tərəfindən 31 nəfər (24 kişi, 7 qadın) öldürülmüş, digər yerlərə qaçanlar arasında isə soyuq və aclıqdan ölənlərin sayı 250 nəfər olmuşdur [1, v. 28-33]

Coğrafiyası və iqlimi

Kənd Pirsaatçayın sağ sahilində, dağətəyi ərazidə yerləşir.

Kəndin küçələri

Mirzə Ələkbər Sabir; Cəfər Cabbarlı; Seyid Əzim Şirvani; Xaqani Şirvani; Məhəmməd Hadi; İmaməddin Nəsimi; Abbas Səhhət; Hacı Zeynəlabdin Şirvani; Səməd Vurğun; Sultan Məcid Qənizadə.

Əhalisi

Kənd əhalisi 1603 nəfərdir ki, onunda 841 nəfəri kişi, 762 nəfəri isə qadınlar təşkil edir (2000). 1886-cı il əhalinin siyahıyaalma sənədlərində Bakı quberniyası Şamaxı qəzasının Qəbiristan sahəsində Çaylı Ağakişibəyli kəndi (81 ailə, 559 nəfər əhali) qeydə alınmışdır.

Son 20 il ərzində kənddə işsizlikdən Bakı şəhərinə köc edən Çaylı çamaatı 200-dən yuxarı ev tikib, 250-dən yuxarı ailə Bakıya yerləşib. Hazırda Bakı və Abşeron yarımadası ərazisində rəsmi və qeyri rəsmi 1000-dən yuxarı Çaylı əhalisi yerləşmişdir.

Tayfaları

Hacıməmmədlilər; Qasımlılar; Anacıqlılar; Niyazlılar; Qaraismayıllılar; Qəhirlilər; Qululular; Dəymədağıldılar (Ağakişibəylilər).

Tanınmış şəxsləri

  • Həsənxan Manaflı — Şair.
  • Fuad Əhmədov (1949–2004) — Aktyor.
  • İlkin Fuad — Müğənni.
  • Məstəli Məmmədov — Müəllim, İkinci Dünya müharibəsi veteranı.
  • Əli Vahid Çaylı — Şair.

İqtisadiyyatı

Kənddə 368 təsərrüfatı var. Əhalisi əsasən kənd təsərrüfatı — əkinçilik və maldarlıqla məşğuldur. Vaxtı ilə çay sahilində yaşamış Ağakişibəyə məxsus elatın məskunlaşdığı kənd Çaylı adlandırılmışdır. Son dövrlərdə cavanların əksəriyyəti tikinti sahəsində çalışdığından sənətkarlıq əsas məşğuliyyətə çevrilib.

Həmçinin bax

Üst