| Birinci İpək | |
|---|---|
| 39°44′30″ şm. e. 46°32′25″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Laçın rayonu |
| Birinci İpək | |
Birinci İpək — Azərbaycan Respublikasının Laçın rayonunun Bülüldüz kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Kənd dağətəyi ərazidədir. 1933-cü ildə ərazidə Birinci, İkinci və Üçüncü İpək adlı üç kənd qeydə alınmışdır. Sonralar iki kəndin adı dəyişdirilmiş, yalnız Birinci İpək toponimi olduğu kimi saxlanılmışdır.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Əhalisi
Yerli Türk mənşəli olan İpək kənd əhalisi 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 50 nəfər olmuşdur.
Tanınmış şəxslər
- Bəxtiyar Kavanlı — Şair, Birinci Qarabağ müharibəsi iştirakçısı.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Laçın rayonu qaralamaları
- Kənd qaralamaları
- Laçın rayonunun kəndləri