| Bolivarçı inqilab | |
|---|---|
| | |
| Tarix | 2 fevral 1999 |
| | |
"Bolivarian inqilabı" (isp. Revolución bolivariana) — Venesuelada Uqo Çavesin 1998-ci ildə bu ölkənin prezidenti seçilməsindən sonra yaradılmış kütləvi ictimai-siyasi hərəkat. Bu hərəkat Simon Bolivarın siyasi proqramını həyata keçirmək səyi və sosializm ideologiyasına əsaslanır. "Bolivarian inqilabı"nın bəyan edilmiş məqsədi əsaslı iqtisadi-siyasi transformasiya və kapitalizmin "XXI əsr sosializmi" kimi tanınan sistemlə əvəzlənməsidir.
Xarici siyasət
Sosializmə əsaslanan bolivarian hərəkatı solçu hökumətləri olan, neokolonializm və neoliberalizmə qarşı olan ölkələrə beynəlxalq dəstək siyasətinin rolunu, habelə ABŞ-nin Latın Amerikasının bu ölkədən iqtisadi asılılığını saxlamaq səylərini vurğulamışdır. Bu, bolivarianizmə müttəfiq olan ölkələrə (Ekvador, Nikaraqua, Boliviya, Kuba) geniş yardımda və ABŞ-yə düşmən olan ölkələrlə (İran, Belarusiya) ticarət müqavilələrinin bağlanmasında öz əksini tapmışdır. Uqo Çaves həm də ABŞ siyasətinin və Corc Buşun ən kəskin tənqidçilərindən biri idi. 2008-ci ilin sentyabrında Venesuela televiziyasında Venesuelada yeni çevriliş təşkil etmək cəhdi haqqında məlumat verən reportaj nümayiş etdirildikdən sonra Çaves ABŞ səfirini ölkədən qovmuşdur.
Uqo Çaves həmçinin FARK terror təşkilatına maliyyə dəstəyi verməkdə ittiham olunur, lakin Venesuela hökuməti bunu ardıcıl olaraq təkzib edir.
- Əlifba sırasına görə hərbi münaqişələr
- 1999-cu ildəki münaqişələr
- Bolivarçı inqilab
- Siyasi hərəkatlar
- Sosializm tarixi
- Venesuelada siyasət
- Venesuela tarixi
- Uqo Çaves
- XX əsr inqilabları
- XXI əsr inqilabları
- Antiimperializm