Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bolqarıstan Türkləri — vaxtı ilə Osmanlı Dövlətinin bölgələrindən biri olmuş Bolqarıstanda tarixən yaşayan Türk icması. (bolq. Български турци; türk. Bulgarista

Bolqarıstan türkləri

Vikipediya, azad ensiklopediya
Bolqarıstan Türkləri

ümumi təxmin

+1,000,000
Əhəmiyyətli sayda yaşadığı bölgələr Bolqarıstan Bolqarıstan 588,318 (2011) Türkiyə Türkiyə 326,000–480,817
Dil Türk dili, Bolqar dili
Din islam,sünni və ələvi
Yaxın etnik qruplar Anadolu türkləri
2011 Əhali sayımına görə Türk əhali nisbəti.

Bolqarıstan Türkləri — vaxtı ilə Osmanlı Dövlətinin bölgələrindən biri olmuş Bolqarıstanda tarixən yaşayan Türk icması. (bolq. Български турци; türk. Bulgaristan Türkleri) — Bolqarıstanda bolqar xalqından sonra sayca ikinci etnik, dil və dini qrup. Ölkədəki axırıncı, 2001-ci il siyahıyaalma nəticələrinə görə 746.664 nəfərdirlər ki, əhalinin 9,4 % təşkil edir. Dini etiqadına görə Anadoludakı olduğu kumu islam dininin sünni və ələvi təriqətlərindədirlər.

Kompakt şəklində ölkənin cənub-şərqində — Frakiya bögəsində yaşayırlar. Bəzi bögələrdə əhalinin əksəriyyətini təşkil edirlər, məsələn Kırcılıda onlar əhalinin 62 % — dirlər. Razqrad, Şumen, Silistra şəhərlərində də çoxdurlar.

Bolqarıstan Türkləri, Osmanlı dövründən əvvəl bölgəyə şimaldan gələn Qıpçaq, Peçenek və Proto-Bolqar xalqları ilə yenə Osmanlı dövründən əvvəl Xorasan və Azərbaycandan gələn Oğuz xalqlarının qaynaşması ilə formalaşmağa başlamış, Osmanlı dövründə də Yörük və Türkmen boylarının qatılmasıyla bugünkü halını almışdır. Tərkibində bir çox Türk xalqının olmasına qarşı yenə də Oğuzlar ən basqın ünsürü meydana gətirməkdədirlər.

Xaricdəki Bolqarıstan Türkləri

326,000–480,817 nəfər (Türkiyə)

10,000–30,000 nəfər (Hollandiya)

2,000–10,000 nəfər (Şimali Kipr)

2,620 nəfər (Belçika)

Üst