Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Böyükağa Məmməd oğlu Ağayev (15 yanvar 1948, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi. Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Azərb

Böyükağa Ağayev

Vikipediya, azad ensiklopediya
Böyükağa Ağayev
Ümumi məlumatlar
Doğum tarixi 15 yanvar 1948(1948-01-15) (78 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  Azərbaycan
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
SSRİ Proqress
Klub karyerası
1966 SSRİ Lokomotiv Bakı ? (?)
1967 SSRİ Neftyanik 0 (0)
1967–1968 SSRİ Avanqard ? (?)
1970–1973 SSRİ Kalitva ? (?)
Məşqçisi olduğu klublar
1993 Azərbaycan Neftçi
1994 Azərbaycan Qarabağ
1995 Azərbaycan Kür-Nur
1996–1997 Azərbaycan Kür-Nur
1999 Azərbaycan Qarabağ
2000 Azərbaycan Turan
2001–2004 Azərbaycan Xəzər Universiteti
2005 Azərbaycan Azərbaycan (U-19)
2006 Azərbaycan Qarabağ
2009 Azərbaycan Neftçi
2011 Azərbaycan Simurq
Təltif və medalları
Azərbaycan Respublikasının əməkdar məşqçisi "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı — 2019

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Böyükağa Məmməd oğlu Ağayev (15 yanvar 1948, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi. Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (2019).

Erkən illəri

Böyükağa Ağayev 15 yanvar 1948-ci ildə Bakıda anadan olub. Atası partiya işçisi, anası isə evdar qadın idi. 7 yaşında olarkən atası vəfat edib. Böyükağa evin kiçik uşağı olub, özündən böyük iki qardaşı var.

Klub karyerası

Futbolla lap kiçik yaşlarından məşğul olub. Əvvəl sadəcə küçədə və məktəbdə oynayan Ağayev, sonradan bu idman növünə peşə kimi yanaşıb və 1960-cı ildə Orconikidze rayonunda futbola getməyə başlayıb. Burada yerli "Proqress" klubunda futbolun sirrlərinə yiyələnib. Sonradan o vaxtın tanınmış uşaq məşqçisi olan Şirəli Şirəliyevin qrupuna qoşulub.

Peşəkar futbolçu karyerasına 1966-cı ildə, futbol üzrə SSRİ ikinci liqasında çıxış edən Bakının "Lokomotiv" klubunda start verib. Bir il sonra respublikanın əsas komandası olan "Neftyanik"in əvəzedici komandasına dəvət edilib. O zamanlar parlaq dövrünü yaşayan "Neftyanik"in hücüm xəttində Banişevski, Markarov, Tuayev kimi futbolçular oynadığından, rəqabət apara bilməyəcəyini başa düşən gənc hücumçu, komandasını dəyişmək qərarı verib.

1967–1968-ci illərdə Rovenki şəhərinin "Avanqard", 1970–1973-cü illərdə isə Belaya Kalitva şəhərinin "Kalitva" klubunda çıxış edib. Sonuncunun heyətində 1971-ci ildə Bədən tərbiyəsi kollektivləri arasında futbol üzrə SSRİ Kubokunun qalibi olub.

Məşqçilik karyerası

1976-cı ildə Gənclər Futbol Məktəbində (indiki "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi) məşqçi kimi çalışmağa başlayıb. Ardınca isə 15 yaşa qədər futbolçulardan ibarət Azərbaycan SSRİ yığmasının baş məşqçisi postunu tutub. 1988–1989-cu illərdə Gəncənin "Kəpəz" komandasında məşqçi kimi fəaliyyət göstərib.

1990–1993-cü illər ərzində "Neftçi" klubunda məşqçi işləmişdir. 1993-cü ildə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Kramarenkonun cəzalanmasından sonra komandanı 2 oyuna çıxaran Ağayev, Azərbaycan çempionatlarında baş məşqçi kimi debüt edib. 1994–1995 mövsümünün ilk dövrəsində Ağdamın "Qarabağ" klubunu çalışdırıb. 1995 və 1996–1997-ci illərdə "Kür-Nur" komandasında baş məşqçi işləyib. Mingəçevir təmsilçisi onun rəhbərliyi altında Azərbaycan Kubokunun finalçısı olub.

1999-cu ildə yenidən "Qarabağ" klubuna baş məşqçi təyin olunub. Mövsümün startında İntertoto Kubokunun 1-ci mərhələsində İsrailin "Makkabi Hayfa" klubunu iki oyunun cəminə görə məğlub edən Ağdam təmsilçisi, Azərbaycan futbolu tarixinə avrokuboklarda mərhələ adlayan ilk komanda kimi düşüb. 2000-ci ildə qısa müddətdə Tovuzun "Turan" klubunda baş məşqçi kimi fəaliyyət göstərib.

2001–2004-cü illərdə "Xəzər Universiteti"nə rəhbərlik edən Ağayev, komandanı autsayderlər siyahısından iddialılara qədər daşımağı bacarıb. 2004-cü ildə "Şahdağ Samur" klubunda məsləhətçi vəzifəsini daşıyıb. 2005-ci ildə 19 yaşlılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi olub.

2006-cı ildə üçüncü dəfə Ağdam klubunda baş məşqçi postuna təyin olunub. "Qarabağ" onun rəhbərliyi altında mövsümün yekununda Azərbaycan Kubokunu qazanaraq avrokuboklara vəsiqə əldə edib. İlin sonunda Ağayev postunu tərk edib.

2008–2009 mövsümünün ikinci, 2009–2010 mövsümünün isə birinci yarısında "Neftçi" komandasını çalışdırıb.

Qyoko Hacıyevskinin istefasından sonra 2010–2011 mövsümünün sonuncu turunda "Simurq" klubunu baş məşqçi kimi meydana çıxarıb. Bununla da o, Azərbaycan çempionatının yüksək dəstəsindəki baş məşqçilik etdiyi oyunların ümumi sayını 174-ə çatdırıb.

2012-ci ilin payızında "Qəbələ" klubunun seleksiya şöbəsinin rəhbəri təyin olunub.

Şəxsi həyatı

1976-cı ildə Volqoqrad Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1987-ci ildə isə Ali Məşqçilik Məktəbini bitirib.

Oğlu futbolçu olsa da, karyerası o qədər də yaxşı alınmayıb. 2014-cü il etibarilə Respublika Olimpiya İdman Liseyində uşaq futbolu məşqçisi işləyib.

İki oğlan nəvəsi var.

Nailiyyətləri

Futbolçu kimi

Kalitva

  • Bədən tərbiyəsi kollektivləri arasında futbol üzrə SSRİ Kubokunun qalibi: 1971

Məşqçi kimi

Kür-Nur

Qarabağ

Dövlət mükafatları

  • Azərbaycan Respublikasının Əməkdar məşqçisi
  • Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi: 2019
Üst