Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bədəl Bədəlov (15 oktyabr 1961, Qaşaltı Qaraqoyunlu, Naftalan) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti (2011–202

Bədəl Bədəlov

Vikipediya, azad ensiklopediya
Bədəl Bədəlov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
23 sentyabr 2024-cüildən
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
25 fevral 2011 28 iyul 2023
Şəxsi məlumatlar
Doğum tarixi 15 oktyabr 1961(1961-10-15) (64 yaş)
Doğum yeri
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
Təltifləri Azərbaycan Respublikasının əməkdar mühəndisi — 2010

Bədəl Bədəlov (15 oktyabr 1961, Qaşaltı Qaraqoyunlu, Naftalan) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti (2011–2023).

Həyatı

Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. Milliyyətcə Qaraqoyunlu türküdür. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Mühəndislik fəaliyyətinə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlamış, böyük iş icraçısınadək yüksəlmişdir.

1997–2003-cü illərdə "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışmış, 2003-cü ildə "Azərneftyanacaq" Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2005–2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007–2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olmuşdur.

2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişdir.

28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.

2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.

Üst