Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qəbiləyə adı verən Məxzumun şəcərəsi Məxzum ibn Yəqazə ibn Mürrə ibn Kəb ibn Lüeyy ibn Qalib ibn Fihrdir.

Bənu Məxzum

Vikipediya, azad ensiklopediya
Bənu Məxzum
Etnik mənsubiyyətərəb
Nisbəəl-Məxzumi
Yerilk vaxtlar Məkkə
ƏcdadıMəxzum ibn Yəqazə
Əsas qəbiləQureyş
Diliərəb dili
Dinibütpərəstlik, İslam

Bənu Məxzum (ərəb. بنو مخزوم) — Qureyş qəbiləsinin qollarından biri.

Mənşəyi

Qəbiləyə adı verən Məxzumun şəcərəsi Məxzum ibn Yəqazə ibn Mürrə ibn Kəb ibn Lüeyy ibn Qalib ibn Fihrdir.

Tarixi

İslamdan əvvəlki dövrdə Bənu Məxzum Məkkədə iqtisadi və siyasi baxımdan çox güclü mövqeyə malik idilər. VI əsrdə xeyli güclənmişdilər və İslamın meydana çıxdığı dövrdə də bu üstün mövqelərini qoruyub saxlamışdılar.

İslamın meydana çıxdığı dövründə Qureyş ordusunun təchizatı və süvari qoşunlarının komandanlığı vəzifəsi bu qəbiləyə həvalə edilmişdir. Belə ki, Bədr döyüşündə süvari qoşunlarına Bənu Məxzumdan Əbu Cəhl, Uhud döyüşündə isə Xalid ibn Vəlid komandanlıq etmişdir.

Bənu Məxzum qəbiləsinin Qureyşin daxilindəki təsiri Kəbənin təmiri hadisəsində də özünü göstərmişdir. Təmir vaxtı Vəlid ibn Muğirə Kəbənin divarına ilk külüngü vuranda məkkəlilər ona bir bədbəxt hadisə üz verəcəyindən qorxaraq bir gecə gözləmiş, sonra isə söküntü işini davam etdirib başa çatdırmışdılar.

Məhəmməd, peyğəmbərlik fəaliyyəti zamanı Qureyşin rəhbərləri sırasında olan Bənu Məxzumdan Vəlid ibn Muğirənin müsəlman olması üçün böyük səy göstərmiş, hətta belə bir dəvət zamanı yanına gələn kor səhabə Abdullah ibn Ümmü Məktuma lazımi diqqəti göstərmədiyi üçün onu xəbərdar edən Əbəsə surəsinin ilk on ayəsinin nazil olduğu bildirilmişdir.

Məhəmmədin müsəlman olmasını arzuladığı şəxslərdən biri də Əbu Cəhl olmuşdur.

Məkkənin fəthi vaxtı müsəlman olan Bənu Məxzum qəbiləsi, Mədinənin siyasi mərkəzə çevrilməsindən sonra, hakim dairələrə yaxın olmaq məqsədilə Mədinə köçmüşdülər.

Bənu Məxzum qəbiləsi Ömər dövründə Yərmük döyüşündə iştirak etmiş və çoxlu itkilərlə üzləşmişdilər.

Ömər Bənu Məxzumdan olan Əmmar ibn Yasiri Kufəyə, Abdullah ibn Əbu Rəbiəni də Yəmənə vali təyin etmişdir.

Bənu Məxzum qəbiləsi sonrakı mühüm tarixi hadisələrdə də rol oynamağa davam etmişlər.

Həmçinin bax

  • Ərəb qəbilələrinin siyahısı
Üst