Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qəbilənin əcdadı olan Teym ibn Mürrə, Ədnanın nəslindəndir. Qəbilənin Teymin oğlu Səddən törəmiş iki qolu vardır:

Bənu Teym

Vikipediya, azad ensiklopediya
Bənu Teym
Etnik mənsubiyyətərəb
Nisbəət-Teymi
ƏcdadıTeym ibn Mürrə
Əsas qəbiləQureyş
QollarıKəb ibn Səd
Harisə ibn Səd
Diliərəb dili
Diniİslam

Bənu Teym (ərəb. بنو تيم) — Qureyş qəbiləsinin qollarından biri.

Mənşəyi

Qəbilənin əcdadı olan Teym ibn Mürrə, Ədnanın nəslindəndir. Qəbilənin Teymin oğlu Səddən törəmiş iki qolu vardır:

  • Kəb ibn Səd
  • Harisə ibn Səd

Tarixi

Bənu Teym qəbiləsi Cahiliyyə dövründə ərəblərin bağladıqları sazişlərə qoşulmuş, Ficar döyüşlərinin dördüncüsündə iştirak etmişlər.

Bənu Teymlilər həm İslamdan əvvəlki dövrdə, həm də sonrakı dövrdə öz səxavətləri ilə ərəblər arasında məşhur idilər. Bu şəxslərə Əmr ibn Kəb ibn Səd ibn Teymi, onun "Şəribüz-zəhəb" (azərb. Qızıl içən) ləqəbi oğlu Osman ibn Əmri, Abdullah ibn Cudən ibn Əmri, Osman ibn Əmrin nəvəsi səhabə Təlhə ibn Ubeydullahı, onun oğlu Yaqub ibn Təlhəni, Əbu Bəkrin nəslindən olan Təlhə ibn Abdullah ibn Əbdürrəhmanı və İsa ibn Musa ibn Təlhə ibn Ubeydullahı misal göstərmək olar.

Bu qəbiləyə mənsub olan Əbu Bəkr, Təlhə, Haris ibn Xalid və həyat yoldaşı Rəytə bint Haris ilk müsəlmanlardan hesab olunurlar.

Ömərin xəlifəliyi dövründə tərtib edilən divan dəftərinə Əbu Bəkrin Bənu Teymli olması səbəbi ilə Bənu Teym qəbiləsinin adı Bənu Haşimdən sonra, Bənu Ədi ibn Kəbdən əvvəl yazılardı.

Sonrakı dövrlərdə Bənu Teymə mənsub olan şəxslər Osman, Əli, I MuaviyəII Mərvanın xəlifəlik illərində baş vermiş müxtəlif siyasi və hərbi toqquşmalarda iştirak etmişlər.

Mədinəli yeddi fəqihdən biri Qasım ibn Məhəmməd ibn Əbu Bəkr və başqa Bənu Teymlilər ƏməvilərAbbasilər dövründə Məkkə, Mədinə, Bəsrə, Bağdad və Misirdə qazılıq etmişlər. Bəzi Bənu Teymlilər isə Kufədə şürtə (polis) təşkilatı idarə etmişlər.

Yaşadıqları ərazi

Bəzi Bənu Teymlilər ilk vaxtlar Mədinədə məhsuldar ərazilər əldə etmiş, Bəsrə və Kufə ətrafında yaşayan Bənu Teymlilərin bir hissəsi də Suriya, Misir və Şimali Afrikaya köçərək həmin ərazilərdə məskunlaşmışlar. İbn Həzm isə öz dövründə Misirdə yaşayan Əbu Bəkrin nəslindən olan Bənu Teymlilərdən bəhs etmişdir.

Üst