| Bərdik dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 1060,5 m |
| Yerləşməsi | |
| 39°13′04″ şm. e. 45°43′34″ ş. u.HGYO | |
| Ölkə | |
| Vilayət |
|
![]() Bərdik dağı | |
Bərdik dağı – Culfa rayonu ərazisində dağ (hünd. 2053,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən ayrılan cənub-qərb istiqamətli Qılıncyurd şaxəsinin qurtaracağında, Əlincəçayın sol sahilində, Xanəgah kəndindən 1,8 km şimal-şərqdə zirvə. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi dairəvi sıldırım yamaclı massivin ən yüksək nöqtəsidir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin şimal-şərq qanadında müşahidə edilən Tivi-Yarpaqlı antiklinalının maqmatık kütlə ilə yarılmış şimal-qərb periklinal hissəsində yerləşir. Cənub-qərb yamacında şimal-qərb istiqamətli fay qırılması izlənilir.
Həmçinin bax
- Dərəşam dağı
- Xaşlıdağ
- Quşqayası
- Qoşundaş dağı
- Alçalıdağ
- Ziyarəttəpə dağı
- Əlifba sırasına görə dağlar
- Culfa rayonunun dağları
- Azərbaycanda dağ zirvələri
