| Boyəhməd aşırımı | |
| 39°32′40″ şm. e. 45°48′40″ ş. u.HGYO | |
| Hündürlüyü | 2.486 m |
| Ölkə | |
Bəyəhməd aşırımı — Culfa və Ordubad rayonlarının sərhədində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun suayırıcısında aşırım (hünd. 2486,0 m). Boyəhməd kəndindən 2,5 km cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Alt Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ərəfsə sinklinalının nüvə hissəsində yerləşir. Gəzdəyindən şimal-qərb istiqamətli Göygöl-Şahbuzçay dərinlik qırılması izlənilir. Həmçinin, gəzdəyi və cənub-şərq yamacından şimal-şərqə istiqamətlənmiş fay-yerdəyişmələri keçir.
Həmçinin bax
- Əlifba sırasına görə aşırımlar
- Azərbaycan aşırımları
- Ordubad rayonunun dağları