Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cəfərqulu Namaz oğlu Rüstəmov (5 mart 1926, Daş Salahlı, Qazax qəzası – 2 mart 2005, Bakı) — Azərbaycanlı tədqiqatçı alim, arxeoloq.

Cəfərqulu Rüstəmov

Vikipediya, azad ensiklopediya
Cəfərqulu Rüstəmov
Cəfərqulu Namaz oğlu Rüstəmov
Doğum tarixi 5 mart 1926(1926-03-05)
Doğum yeri
Vəfat tarixi 2 mart 2005(2005-03-02) (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Xırdalan qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Firuzə Muradova
Elm sahələri arxeologiya, paleoqrafiya
Elmi dərəcəsi
  • tarix elmləri namizədi[d]
İş yerləri
  • AMEA Tarix və Etnologiya İnstitutu,
  • Qobustan Milli Tarix-Bədii Qoruğu
Təhsili
  • Bakı Dövlət Universitetinin Tarix fakültəsi

Cəfərqulu Namaz oğlu Rüstəmov (5 mart 1926, Daş Salahlı, Qazax qəzası2 mart 2005, Bakı) — Azərbaycanlı tədqiqatçı alim, arxeoloq.

Həyatı

Cəfərqulu Namaz oğlu Rüstəmov 5 mart 1926-cı ildə Azərbaycan Respublikasının Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir.

Fəaliyyəti

Cəfərqulu Rüstəmov ilk elmi fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyası Tarix institutunun Paleolit-Arxeoloji ekspedisiyasında başlamışdır. Paleolit dövründən orta əsrlərə qədər aid edilən bir çox arxeoloji abidələrin qazıntı və tədqiqatında iştirak etmişdir. Qobustan qayaüstü təsvirlərini ilk dəfə aşkar etmiş və dünyaya tanıtmış arxeoloq, alim İshaq Cəfərzadənin işini davam etdirmişdir. O, həyat yoldaşı Firuzə Muradova ilə birlikdə 1965-ci ildən ömrünün sonuna qədər Qobustan ərazisində qazıntılar və tədqiqatlar aparmış, bu əraziləri qarış-qarış öyrənərək yeni abidələr və təsvirlər aşkar etmişdir. Cəfərqulu Rüstəmov 1966-cı ildə dövlət tərəfindən yaradılmış Qobustan Dövlət tarixi-bədii qoruğunda 1976-cı ilədək direktor vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə Qobustan qoruğunun yaxınlığında yerləşən Şıxqaya və Şonqar dağlarının ərazisində üst paleolit, neolit və eneolit dövrlərinə, orta əsrlərə aid yüzlərcə qayaüstü təsvirlər, qədim yaşayış məskənləri, kurqanlar aşkar edilmiş və dövlət mühafizəsinə götürülmüşdür. Cəfərqulu Rüstəmov 200-dən artıq məqalənin, kitabça və bukletin, "Qobustan dünyası" və 3 cildlik "Qobustan petroqlifləri" elmi əsərlərinin müəllifidir. Onun "Qobustan qayaüstü təsvirləri (Kiçikdaş)" monoqrafik əsəri 2008-ci ildə çap olunmuşdur.

Həyat yoldaşı Firuzə Muradova ilə yanaşı Xırdalan qəbiristanlığındakı məzarı
Üst