| Cəlal Məmmədov | |
|---|---|
| | |
| 30 aprel 1975 – 4 fevral 1983 | |
| Sədr | Marat Allahverdiyev Nazim İbrahimov |
| 1966 – 1975 | |
| Əvvəlki | Qılman Musayev |
| Sonrakı | İsmayıl Şıxlı |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 9 dekabr 1918 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 4 fevral 1983 (64 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | İkinci Fəxri xiyaban |
| Fəaliyyəti | yazıçı, tərcüməçi, bürokrat |
| Atası | Mirzə Cabbar Məmmədzadə |
| | |
| Təltifləri | |
Cəlal Cabbar oğlu Məmmədov (9 dekabr 1918, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası – 4 fevral 1983, Bakı) — Azərbaycan ictimai və dövlət xadimi, yazıçı, tərcüməçi, "Azərbaycan" jurnalının baş redaktoru (1966–1975), Azərbaycan SSR əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Yazıçılar İttifaqının katibi.
Həyatı
Cəlal Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin (1882–1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə, öz növbəsində, fars dili mütəxəssisi kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur olan molla Abbas Məhəmmədzadənin (1846–1916) oğlu idi.
Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirsə də ədəbiyyata meyil etmişdir. "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio Verilişləri və Dövlət Televiziya Komitəsində sədr müavini, "Kommunist" qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə "Azərbaycan" jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir.
Cəlal Məmmədov 1983-cü il fevralın 4-də 65 yaşında vəfat etmişdir.
- 9 dekabrda doğulanlar
- 1918-ci ildə doğulanlar
- İrəvanda doğulanlar
- 4 fevralda vəfat edənlər
- 1983-cü ildə vəfat edənlər
- 64 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycan tərcüməçiləri
- Azərbaycanlı tərcüməçilər
- Azərbaycan jurnal redaktorları
- XX əsr Azərbaycan yazıçıları
- II Fəxri Xiyabanda dəfn olunanlar