Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mircəlal Cavanşir oğlu Qurbanov (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri,

Cəlal Qurbanov

  • Ana Səhifə
  • Cəlal Qurbanov

Mircəlal Cavanşir oğlu Qurbanov (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2021–2023). 2001–2023 DGK Gömrük Xidməti polkovniki.

Mircəlal Qurbanov
Şəxsi məlumatlar
Doğum tarixi 19 mart 1980(1980-03-19) (46 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Atası Cavanşir Qurbanov
Anası Zərqələm Qurbanova
Uşaqları Fatimə Qurbanlı
Əli Qurbanov

Mündəricat

Həyatı

Qurbanov Mircəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir. 2001–2023-cü illərdə DGK Bakı Baş Gömrük İdarəsidə Gömrük Xidməti Polkovniki vəzifəsində çalışmışdır.

Sərbəst Güləş üzrə idman ustalığına namizəddir. 2021–2023-cü illər ərzində Milli Güləş Federasiyasının prezidenti olaraq fəaliyyət göstərmişdir. Anası — Qurbanova Zərqələm Ağamusa qızı Masallı ray Boradigah qəsəbəsi. Qızı — Qurbanlı Fatimə Mircəlal qızı Oğlu — Qurbanov Əli Mircəlal oğlu

Fəaliyyəti

Əmək fəaliyyəti

15.01.2001–24.07.2001-ci illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Azərterminalkomleks birliyi Bakı Şöbəsi mütəxəssisi kimi fəaliyyət göstərmişdir. 2003– 2007-ci il tarixlərində Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Keşlə Gömrük postunun inspektoru kimi fəaliyyət göstərmişdir. Həmçinin 2004– 2007-ci il tarixi ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Rəsmləşdirmə şöbəsi böyük inspektoru vəzifəsində çalışmışdır. 2004–2018 – çi illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Baş inspektor kimi çalışıb. 2016–2018 – Bakı Baş Gömrük İdarəsində yaradılmış "Yaşıl Dəhliz" buraxılış sisteminin qrup rəhbər təyin olunmuşdur. 2018–2023-cü illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Komitəsi Hava Nəqliyyatı Baş Gömrük İdarəsi baş inspektor vəzifəsində çalışıb.

Yaradıcılığı

2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Fire Land"Productionun rəhbəri, nəğməkar-şair, Prezident təqaüdçüsüdür. "Yaşa, yaşa, Azərbaycan!", "Mənim atam qəhrəmandır!", "Mənim oğlum qəhrəmandır!" layihələrinin rəhbəridir.

Şeirlərinə bəstələnən mahnılar

  • Sevgi dünyamız – Gövhər Həsənzadə
  • Durnalar – mus: Gövhər Həsənzadə
  • Azərbaycan – Hikmət Mirməmmədli
  • Əsgər marşı – Yaşar Baxış
  • Öpsən – mus. Aygün Kazımova
  • Sevgi yağışı – Sevinc Tağıyeva
  • Səninlə – mus: Emil Şahin
  • Kaş ki – mus:Rüstəm Zeynallı
  • Nankorsan – mus: Gövhər Həsənzadə
  • Sevən qəlbim – mus: Aygün Kazımova
  • Xoşbəxt illər – mus: Minayə xanım
  • Mən səninəm – mus: Məhəbbət xanım
  • Dola mənə qolunu – Faiq Sücəddinov
  • Sən Azərbaycanlısan – mus: Gövhər Həsənzadə
  • Unut getsin – mus: Mikayıl Vəkilov
  • Mənim deyilsən – mus: Muxtar Abseynov
  • Etiraf – mus: Faiq Sücəddinov
  • Sən bizimləsən – mus: Aygün Səmədzadə
  • Apar məni – mus: Rüstəm Zeynallı
  • Yoruldum – mus: Xanım İsmayılqızı
  • Yad olduq – mus: Muxtar Abseynov
  • Ötən günlər – mus: Nadir Əzimov
  • Azərbaycan – mus: Vüqar Camalzadə
  • Neyləyim – mus: Sevinc Tağıyeva
  • Gizli sevgi – mus: Ramal İsrafilov
  • Leyli Məcnun – mus: Abbas Bağırov
  • Sənin oldum – mus: Gövhər Həsənzadə
  • Göz yaşımı tökə-tökə – mus: Elza Seyidcahan
  • Mənim gülüm – mus: Xumar Qədimova
  • Sevgi harayı – mus: Xumar Qədimova
  • Göy göl – mus: Aydın Abbasov
  • Gəl görüşək – mus: Gövhər Həsənzadə
  • Gəl barışaq – mus: Rüstəm Zeynallı
  • Azərbaycan – mus: Nazim Məmmədov
  • Darıxır ürək – mus: Aybəniz Güllər
  • Əllərim darıxmasın – mus: Pərviz Mahmudov

Layihələri

  • "Körpələrin səsi" – mus: Hakan Erol
  • "İlk Avropa oyunları" – mus: Muxtar Abseynov
  • "Sən Azərbaycanlısan" — mus: Gövhər Həsənzadə, ifaçılar: Fidan Qasımova, Xuraman Qasımova, Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Mustafa Ceceli, Fərqanə Qasımova (2013-cü il ASAN Xidmətin təşəbbüsü ilə)
  • "Zəfərə doğru" — mus: Eldar Mansurov, ifaçılar: Avroviziya təmsilçiləri Samir Cavadzadə, Elnur Hüseynov, Səbinə Babayeva, Eldar Qasımov, Nigar Camal, Dilarə Kazımova (2018-ci il)
  • "Yaşa, yaşa, Azərbaycan!" — mus: Rauf Məmmədov, ifaçılar: Rasim Balayev, Alim Qasımov, Natiq Şirinov, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Mirələm Mirələmov (2019-cu il)
  • "Sən qalib gələcəksən" — mus: Gövhər Həsənzadə, İfaçılar:İlhamə Quliyeva, İlqar Muradov, Faiq Ağayev, Röya, Samir Cavadzadə, Elnur Hüseynov (2008-ci il)
  • "Say Hallelujah" — söz: Cəlal Qurbanov, tərcümə: Nigar Həsənzadə, mus: Elnur Hüseynov, ifaçılar: Elnur Hüseynov, Fidan Hüseynova (2018-ci il)
  • Rəhbəri olduğu "Fire Land Group"un təşkilatçılığı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə "Mənim atam qəhrəmandır" layihəsinin silsilə tədbirlər həyata keçirib.
  • "Mənim Atam Qəhrəmandır" — söz: Cəlal Qurbanov, mus: Xanım İsmayılqızı, ifaçı: Zamiq Hüseynov
  • "Azərbaycan" — söz: Cəlal Qurbanov, mus: Hikmət Mirməmmədli, ifaçılar: Aygün Kazımova, Zamiq Hüseynov
  • "O tay, bu tay Azərbaycan" — söz: Cəlal Qurbanov, mus: Elçin Cəfərov, ifaçı: Mirələm Mirələmov
  • "Mənim Oğlum Qəhrəmandır" — söz: Cəlal Qurbanov, mus: Camal Qurbanov, ifaçı:Azər Zeynalov

Təltif və mükafatları

  • 27.01.2011 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 3-cü dərəcəli döş nişanı
  • 01.03.2016 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 2-ci dərəcəli döş nişanı
  • 28.05.2018 — Prezident təqaüdü
  • 28.01.2022 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 1-ci dərəcəli döş nişanı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Xankəndi

  • Mart 26, 2026

    Əli

  • Aprel 02, 2026

    Cinsi istək

  • Aprel 02, 2026

    Aleksandr Xodzko

  • Aprel 05, 2026

    Baranlı sülaləsi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst