Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cənubi Qafqaz (rus. Южный Кавказ, ing. South Caucasus, azərb. Cənubi Qafqaz‎, erm. Հարավային Կովկաս, gürc. სამხრეთი კავკასია) — Böyük Qafqaz dağlarının Baş Qafq

Cənubi Qafqaz

  • Ana Səhifə
  • Cənubi Qafqaz

Cənubi Qafqaz (rus. Южный Кавказ, ing. South Caucasus, azərb. Cənubi Qafqaz‎, erm. Հարավային Կովկաս, gürc. სამხრეთი კავკასია) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. Şimali Qafqaz ilə bərabər Qafqaz regionunun əsasını təşkil edir.

ABŞ Dövlət Departamentinin 1994-cü ildə hazırladığı "Qafqaz Regionu" xəritəsi

Mündəricat

Adı

"Za" prefiksi ilə toponimlərin əmələ gəlməsi rus dilində geniş yayılmışdır və bir qayda olaraq, artıq inkişaf etmiş ərazidəki məlum coğrafi obyektdən ərazini əks etdirir (məsələn, qərbdən şərqə doğru hərəkət edərkən Trans-Volqa, Trans-Ural, Transbaikaliya və ya şimaldan cənuba doğru Transqafqaz, şərqdən qərbə doğru Transkarpatiya). Bu yanaşma mərkəzi Rusiyadan hərəkət vektorunu nəzərdə tutur və coğrafi baxımdan neytral deyil, çünki Transqafqaz geosiyasi olaraq cənubdan şimala doğru hərəkət edərkən Şimali Qafqazın ərazisi kimi də başa düşülə bilər [mənbə 139 gün göstərilməyib]. 1918-ci ildə Rusiya İmperiyasının keçmiş ərazilərində beş quberniya - Tiflis, Kutaisi, İrəvan, Bakı, Yelizavetpol; iki vilayət - Batumi, Qars; və iki rayon - Suxumi və Zaqatala ərazisində yerləşən Transqafqaz Demokratik Federativ Respublikası yaradılmışdır. 1922-ci ildə Gürcüstan, Ermənistan və Azərbaycan ərazilərini əhatə edən Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası yarandı. 1935-ci ildə bu ərazilərdə SSRİ-nin Zaqafqaziya Hərbi Dairəsi yaradıldı.Öz növbəsində, "Cənubi Qafqaz" anlayışı, "Zaqafqaziya"nın sinonimi kimi, Sovet İttifaqının dağılmasından sonra geniş istifadə olunmağa başlamışdır, baxmayaraq ki, bu terminin ilk istifadə cəhdləri Birinci Dünya Müharibəsinin başlanğıcı və Rusiya İmperiyasının süqutu dövrünə təsadüf edir.

Cənubi Qafqazın tarixi

Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içərisində Albaniya, İberiya krallıqlarının adı çəkilir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl zərdüştlük, sonra da xristianlıq bölgədə aparıcı dinlər olmuşlar.VII əsrdə Xilafətin bölgəyə yayılması ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının tərkibində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin tərkibinə keçmişdir. XVll əsrdəki qısa sürən Osmanlı hakimiyyəti istisna olmaqla, XVlll əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvilərin tərkibində qalmışdır.1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Cənubi Qafqazın cənub hissəsində müstəqil türk xanlıqları qurulmuşdur. XlX əsrin əvvəlində gerçəkləşən iki Rus-Qacar müharibəsinin nəticəsində Cənubi Qafqaz tamamilə Rusiya İmperiyası tərəfindən işğal edilmişdir.

Turizm

Cənubi Qafqaz turizm resurslari ilə zəngin bölgədir. Regionda yerləşən Böyük Qafqaz dağları Qara dənizdən Xəzər dənizinə kimi uzanır və buradakı hər üç dövlətin ərazisindən keçir. Bölgənin ən önəmli turizm mərkəzləri Azərbaycan, Gürcüstan və qismən də, Ermənistan ərazisində yerləşir. Azərbaycanda— Qəbələ, Quba, Qusar, Xaçmaz; Gürcüstanda— Xevsureti, Tuşeti, Svaneti, Baxmaro, Raça; Ermənistanda- Tsağkadzor (Dərəçiçək), Cermuk (İstisi), Dilican dağ turizmində öndə gələn bölgələrdir.Cənubi Qafqazın böyük şəhərləri də turistlərin diqqətini çəkən önəmli turizm mərkəzləridir. Bakı, Gəncə, Tibilisi, Batumi və İrəvan kimi iri şəhərlər xüsusi ilə fərqlənirlər.

Azərbaycan

Azərbaycanda turizm sənayesi regionların inkişafı üçün həlledici əhəmiyyət kəsb edir. Azərbaycanın sərvətləri, rəngarəng iqlimi, tarixi-mədəni irsi turizm sahəsini inkişaf etdirir. Paytaxt Bakı müxtəlif tarixi dövrlərə aid tarixi və memarlıq abidələrinə malikdir. Tarixi abidələrin siyahısına Xll əsrin abidəsi olan Qız qalası, Xll əsrin abidəsi İçərişəhər, XV əsrin abidəsi Şirvanşahlar sarayı və XVll-XVlll əsrin abidəsi Atəşgah aiddir. Həmçinin Heydər Əliyev Mərkəzi müasir tikililərdən biri sayılır.

Azərbaycanda dağ turizmi

Dağların verdiyi imkanlardan hərtərəfli şəkildə faydalanmaq məqsədilə insanların istifadə etdiyi turizm növü dağ turizmi hesab olunur. Azərbaycanda dağ turizminin haykinq, trekkinq, dağa və buzadırmanma növləri mövcuddur. Azərbaycanda ilk "Alpinizm cəmiyyəti" 1963-cü ildə yaradılmışdır."Tufandağ" Qış-yay turizm kompleksi, "Qəbələ" və "Şahdağ" Turizm mərkəzi QSC Azərbaycanda dağ turizminin mərkəzləridir. "Tufandağ" Qış-Yay Turizm Kompleksində ilk mərhələnin açılışı 2009-cu ildə olmuşdur. Mərkəz, 15 kilometrlik yamac və 5 ədəd qalxma kabinəsi ilə il ərzində fəaliyyət göstərir.Şahdağın hündürlüyü 4.243 metr , ətəyi isə 102 metrdir. "Şahdağ" Turizm mərkəzi Qafqazın şimal-şərq yamacında 2 min hektar ərazidə inşa edilib. Mərkəzin tikintisinə 2009-cu ildə başlanılıb. "Şahdağ" Turizm mərkəzi QSC 17 kilometrlik yamac və 9 ədəd qalxma kabinəsi ilə il ərzində fəaliyyət göstərir.

Gürcüstan

Turizm Gürcüstanın əsas sənaye sahələrindən biridir. Burada turistləri özünə cəlb edən ərazilərə paytaxt Tbilisi, Uşquli, Batumi, Siqnagi, Çiatura, Svaneti, Raça, Bakxmaro və s. aiddir.Gürcüstanın paytaxtı olan Tbilisi ən cəlbedici şəhərlərdən biridir. Bu kiçik şəhərdə görməli bir çox yerlər turistləri özünə cəlb edir.Avropanın ən hündür kəndi olan Uşquli də Gürcüstanda yerləşir.

Həmçinin bax

  • Şimali Qafqaz

Ədəbiyyat siyahısı

  • Shahinyan, Arsen K. "The Southern Boundaries of the Southern Caucasus". Iran and the Caucasus. 26 (4). 2022: 418–424. doi:10.1163/1573384X-20220407.
  • Броневский Семён Михайлович. Новейшие географические и исторические известия о Кавказе: Часть I. М.: Тип. С. Селивановского. 1823.
  • Броневский С. М. Новейшие географические и исторические известия о Кавказе: Часть II. М.: Тип. С. Селивановского. 1823.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Pənahəli xan

  • Mart 27, 2026

    Əvəzlik

  • Mart 29, 2026

    Ceyhun Bayramov

  • Mart 27, 2026

    Düzbucaqlı

  • Mart 27, 2026

    Aşıq Ələsgər

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst