Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cabir ibn Mərdav Kəbi (ərəb. الشيخ جابر بن مرداو الكعبي‎I (1780 – 1881) — XIX əsrdə Mühəmmərəni azad liman və şeyxlik kimi formalaşdıran Mühəmmərə şeyxi. Cabir

Cabir Kəbi

Vikipediya, azad ensiklopediya
Cabir Kəbi
Şəxsi məlumatlar
Doğum tarixi 1780(1780)
Vəfat tarixi 1881(1881) (100–101 yaşında)
Uşaqları
Dini İslam, on iki imam şiəliyi

Cabir ibn Mərdav Kəbi (ərəb. الشيخ جابر بن مرداو الكعبي‎I (1780 – 1881) — XIX əsrdə Mühəmmərəni azad liman və şeyxlik kimi formalaşdıran Mühəmmərə şeyxi. Cabir ehtiyatlı və uzaqgörən bir şəxsiyyət kimi xarakterizə edilmişdir. O, Qacar şahları ilə səmimi münasibətlər qurmuşdur. Cabir 1881-ci ilin oktyabrında vəfat edənə qədər "Nüsrətül-mülk" titulu ilə Mühəmmərəyə sahiblik etmişdir. Eyni zamanda, o, imperiya tərəfindən öz bölgəsinin general-qubernatoru təyin olunmuşdur. Cabir Kəbi XIX əsrin böyük bir hissəsində Bəni Kəb ərəb qəbiləsinin rəhbəri və Mühəmmərə şeyxi vəzifəsini icra etmişdir.

Hakimiyyəti

Şeyx Cabir qəbilələrarası müharibələrdən narahatlıq keçirdiyi üçün bitərəf mövqe nümayiş etdirməyə çalışmışdır. O, həm İran, həm də Osmanlı hökumətləri, xüsusilə də Bağdad valiləri ilə yaxşı münasibətlərini qoruyub saxlamışdır.

1840-cı illərdə Bəni Kəb sülaləsinin hakim şeyxi, Xuzistanın cənub hissəsində əhəmiyyətli liman şəhəri kimi yüksələn Mühəmmərənin (Xürrəmşəhr) şeyxi Cabir Kəbinin (1780–1881-ci illər) vassalına çevrilmişdir. İngiltərə–İran müharibəsindən sonra Şeyx Cabir Kəb sülaləsindən tamamilə müstəqil olmuşdur, lakin özü də həmin qəbilənin üzvü olduğu üçün "Kəb şeyxi" titulunu daşımışdır.

Cabir üçün ən çox problem yaradan qəbilə Rəbiə qəbiləsi olmuşdur. Bu səbəbdən o, qəbilənin müqavimətini yatırmaq məqsədilə qədim ərəb diplomatik təcrübəsinə müraciət etmiş, Rəbiə şeyxi Təlalın qızı Nura ilə evlənmişdir. Bu nikahdan müxtar Ərəbistanın sonuncu hökmdarı olacaq bir oğul dünyaya gəlmişdir.

Osmanlılar və Qacarlar arasındakı daimi münaqişələr, bu imperiyaların zəifləməsi, eləcə də Şeyx Cabirin ağıllı diplomatiyası nəticəsində İran hökmdarı Nəsrəddin şah Qacar Ərəbistanı Şeyx Cabir və varislərinin mülkü kimi tanımışdır. Şah əmirliyin daxili işlərinə qarışmamağa razılıq vermişdir.

Vəfatı

Cabir 2 oktyabr 1881-ci il tarixində vəfat etmişdir. Ondan sonra hakimiyyətə ikinci oğlu Məzəl xan ibn Hacı Cabir xan gəlmişdir.

Cabirin varisləri olan Məzəl ibn Cabir (hakimiyyəti: 1881–1897-ci illər) və Xəzəl ibn Cabirin (hakimiyyəti: 1897–1924-cü illər) dövründə Mühəmmərə şeyxlərinin qüdrəti daha da artmışdır. Beləliklə, onlar Britaniya müstəmləkə rəhbərliyinin də dəstəyi ilə Xuzistanın cənubunda ən nüfuzlu siyasi qüvvəsinə çevrilmişdir.

Üst