Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cenevrə gölü, Leman (alm. Gen fersee‎, fr. Lac de Genéve, Lac Léman) — İsveçrə və Fransada göl. Alp dağlarındakı göllərin ən böyüyü.

Cenevrə gölü

46°26′ şm. e. 6°33′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Cenevrə gölü
ing. Lake Geneva
Cenevrə gölü peyk görünüşü
Cenevrə gölü peyk görünüşü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 372 m
Eni 14 km
Uzunluğu 73 km
Sahəsi 582 km2 km²
Həcmi 89 km3 km³
Dərin yeri 309 m, 152,7 m
Orta dərinliyi 154,4 m
Yerləşməsi
46°26′ şm. e. 6°33′ ş. u.HGYO
Ölkələr
  •  İsveçrə
  •  Fransa
Regionlar
  • Cenevrə
  • Vo
  • Vale
  • Rona
Cenevrə gölü xəritədə
Cenevrə gölü
Cenevrə gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cenevrə gölü, Leman (alm. Gen fersee‎, fr. Lac de Genéve, Lac Léman) — İsveçrə və Fransada göl. Alp dağlarındakı göllərin ən böyüyü.

Sahəsi

Sahəsi 582 km2 , uzunluğu 72 km, ən enli yeri 14 km, dərinliyi 310 m-ədəkdir. 372 m yüksəklikdə, Qərbi Alp və Yura dağları arasında qədim buzlaq dərəsində yerləşir.

Yerləşməsi

Sahilləri əsasən hündür və sıldırımlıdır. Rona çayı Cenevrə gölündən keçir; çayın axını göldən çıxdığı yerdə bəndlə tənzimlənir. Cenevrə gölü hövzəsinin çayları qar və buzlaqlardan qidalandığı üçün suyun səviyyəsi yayda qışa nisbətən 1 m-ədək qalxır. Səth suyunun temperaturu yayda 19– 24 °C, qışda 4–5 °C olur. Göl çox mənzərəlidir, iqlimi yumşaq və istidir. Balıqla zəngindir. Gəmiçilik var. Cenevrə, Lozanna, Montrö, Veve (İsveçrə) və Evyanleben (Fransa) kimi şəhəri və kurortlar gölün sahilindədir. Sahilləri boyu avtomobil və dəmiryolları keçir. Turizm inkişaf etmişdir.

Qalereya

Həmçinin bax

Xarici keçidlər

Üst