| Cuçi xaqan | |
|---|---|
Qərbi Göytürk xaqanlığı XI xaqanı | |
| 676 – 679 | |
| Əvvəlki | Xallıq İşbara Yabqu xaqan |
| Sonrakı | Tuçi xaqan |
| Şəxsi məlumatlar | |
| Vəfat tarixi | |
| Vəfat yeri |
|
| Dini | Tenqriçilik |
Aşina Cuçi (走其可汗) (v. 679, Çanqan) — Çumuğun tayfasının rəisi, Tan sülaləsinə qarşı üsyan başlatmış Göytürk şahzadəsi.
Həyatı
Digər xaqanlarla geneolojik əlaqəsi məlum deyil. Aşina Mişenin ölümündən sonra 671-ci ildə Nuşibilərə xan təyin olunmuşdu. Özünə kifayət qədər dəstək alandan sonra 676-cı ildə Çinə qarşı üsyana başlamış, özünü xaqan elan etmişdi. Çinlilər onu Şisinq xaqan (阿史那施於北庭) adı ilə tanıyırdılar.
Hakimiyyəti
Cuçinin Çinə qarşı əsas müttəfiqi Tibet imperatoru Mansonq Maçen və Li Çefu idi.679-cu ildə Pen Sinçzyanın rəhbərlik etdiyi Çin ordusuna məğlub oldu və öldürüldü.
Kateqoriyalar:
- 679-cu ildə vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Göytürk xaqanları
- Aşina ailəsi