Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cüzeppe Savoldi (it. Giuseppe Savoldi ; 21 yanvar 1947, Qorlaqo, Lombardiya – 26 mart 2026, Berqamo, Lombardiya) — İtaliyalı keçmiş futbolçu. "Atalanta", "Bolon

Cüzeppe Savoldi

Vikipediya, azad ensiklopediya
Cüzeppe Savoldi
Ümumi məlumatlar
Doğum tarixi 21 yanvar 1947(1947-01-21)
Doğum yeri
  • Qorlaqo, Berqamo əyaləti, Lombardiya, İtaliya
Vəfat tarixi 26 mart 2026(2026-03-26) (79 yaşında)
Vəfat yeri
  • Berqamo, Lombardiya, İtaliya
Vətəndaşlığı
  •  İtaliya
Boyu 175 sm
Çəkisi 75 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası
1965–1968 Atalanta 57 (17)
1968–1975 Bolonya 201 (85)
1975–1979 Napoli 118 (55)
1979–1982 Bolonya 29 (11)
1982–1983 Atalanta 16 (1)
Milli yığma
1967–1969 İtaliya U-21 7 (1)
1975 İtaliya 4 (1)
Məşqçi karyerası
1989 Karrareze
1997 Siena

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cüzeppe Savoldi (it. Giuseppe Savoldi ; 21 yanvar 1947, Qorlaqo, Lombardiya26 mart 2026, Berqamo, Lombardiya) — İtaliyalı keçmiş futbolçu. "Atalanta", "Bolonya" və "Napoli", eləcə də İtaliya millisində oynayıb.

Bioqrafiya

Cüzeppe 21 yanvar 1947-ci ildə İtaliyanın Berqamo əyalətində yerləşən Qorlaqo komunnasında doğulub.

Karyerası

Klub karyerası

Savoldi A Seriyasında debütunu 1965-ci ildə "Atalanta"nın heyətində edib. 1968–1975-ci illərdə "Bolonya"da oynayır. "Bolonya"da keçirdiyi 201 oyunda 85 qol vurur. 1975-ci ildə iki milyard lirəyə (1,2 milyon funt) Napoliyə transfer olunur. Bu, o dövr üçun rekord qiymət idi.

"Napoli"də 4 il oynadıqdan sonra yenidən "Bolonya"ya qayıdır. Ancaq 1980-ci ildə "Bolonya"da olarkən Savoldi futbol qalmaqalında iştirak etməkdə günahlandırlır. Bunun nəticəsində 3,5 illik diskvalifikasiya edilərək futboldan uzaqlaşdırılır. İki illik cəzadan sonra 1982/83 mövsümündə təkrar futbola qayıdır. Futbola ikinci dönuşundən sonra "Atalanta" ilə müqavilə bağlayır və burada 1 mövsüm keçirib 16 oyunda meydanda olaraq bir qol vurur.

Karyerası ərzində İtaliya A Seriyasında 405 matçda iştirak edib və 168 qol vurub.

Milli komanda

Savoldinin İtaliya milli komandasında çıxışları çoxda uğurlu olmayıb. O, burada yalnız dörd oyun və bir qol ilə yadda qalıb.

Məşqçi karyerası

Savoldi karyerasını bitirdikdə sonra üç il məşqçi işləyir. İlk klubu 1988-ci baş məşqçisi olduğu "Telgate" klubu olur. Ancaq bir il sonra klub dağılır və Savoldi klubdan ayrılmaq məcburiyyətində qalır. Daha sonra 1991-ci ilə qədər "Karrarese" klubunda məşqçi kimi işləyir. .

Ailə üzvləri

Kiçik qardaşı Canluci Savoldi və oğlu Canluka Savoldi də peşəkar futbolçulardı.

Qeydlər

  1. Almanacco illustrato del calcio 1990, edizioni Panini, pag. 329
  2. Almanacco illustrato del calcio 1990, edizioni Panini, pag. 336
  3. Almanacco illustrato del calcio 1991, pag.310

Ədəbiyyat

  • E. Corbani, P. Serina. Cent'anni di Atalanta. 2. Bergamo. Sesaab. 2007. ISBN 978-88-903088-0-2, 978-88-903088-2-6.
Üst