Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cəbrayıl Ağəli oğlu Ələsgərov 1907-ci ildə anadan olmuşdur. O, sənaye texnikumunu, ardınca isə Azərbaycan Politexnik İnstitutunun Mədən fakültəsini bitirmiş və

Cəbrayıl Ələsgərov

Vikipediya, azad ensiklopediya
Cəbrayıl Ələsgərov
Azərbaycan SSR maarif nazirinin müavini
 14 may 1951
Azərbaycan Dövlət Universitetinin rektoru
1937 1941
ƏvvəlkiƏziz Əliyev
SonrakıŞamil Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1907(1907)
Doğum yeri
Vəfat tarixi yanvar 1969(1969-01) (61–62 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1931–1969)

Cəbrayıl Ağəli oğlu Ələsgərov (1907, Şamaxıyanvar 1969, Bakı) — ADU-nun rektoru

Həyatı

Cəbrayıl Ağəli oğlu Ələsgərov 1907-ci ildə anadan olmuşdur. O, sənaye texnikumunu, ardınca isə Azərbaycan Politexnik İnstitutunun Mədən fakültəsini bitirmiş və Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat İnstitutunda elmi-tədqiqat işi aparmışdır. Bir neçə il ərzində o, əvvəlcə neft texnikumunda müəllim, sonra isə dərs hissə müdiri və direktor vəzifəsində çalışmışdır. 1937-ci ildən 1941-ci ilədək Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur.

Cəbrayıl Ələsgərov Böyük Vətən müharibəsinin başlandığı ilk vaxtlardan Sovet Ordusu sıralarında xidmətdə olmuşdur. Daha sonra partiya işinə irəli çəkilərək 1942–1943-cü illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. Sonra Azərbaycan SSR maarif nazirinin müavini işləmiş və Azərbaycan KP MK Məktəblər şöbəsinin müdiri təsdiq edilmişdir. Növbəti illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun direktoru, Azərbaycan "Bilik" cəmiyyəti idarə heyəti sədrinin müavini olmuş, xaricdə də çalışmışdır. 1958-ci ildən həyatının sonunadək Azərbaycan Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının dosenti olmuşdur.

Azərbaycan SSR Ali Sovetinin və Bakı Şəhər Sovetinin deputatı seçilmiş, "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur.

Cəbrayıl Ələsgərov 1969-cu ilin yanvar ayında vəfat etmişdir.

Üst