Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cəlaləddin Məhəmməd Dəvani (fars. جلال‌الدین دوانی‎; — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi. Əllamə Dəva

Cəlaləddin Dəvani

Vikipediya, azad ensiklopediya
Cəlaləddin Dəvani
ərəb. محمد بن أسعد الصديقي الدواني
Doğum tarixi
Doğum yeri İran, Kazerun, Dəvvan kəndi
Vəfat tarixi yanvar, 1503
Vəfat yeri İran, Kazerun
Vəfat səbəbi xəstəlik
Dəfn yeri İran, Kazerun, Dəvvan kəndi
Atası Mövlana Səadəddin Əsəd
Fəaliyyəti şair, filosof, qazı, üləma, fəqih, müfəssir[d], kəlamçı[d], hakim, tədqiqatçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəlaləddin Məhəmməd Dəvani (fars. جلال‌الدین دوانی; — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi. Əllamə Dəvani adı ilə də tanınırdı. Hicri 830-cu ildə Fars əyalətində, Kazerun yaxınlığında yerləşən Dəvan kəndində anadan olmuşdur. Müəəlifin müxtəlif mövzulu 80-dən artıq əsəri mövcuddur.

Həyatı

İbtidai təhsilini doğulduğu Dəvan kəndində, dövrünün tanınmış alimlərindən biri olan atası Səadəddin Əsədin yanında almışdır. Daha sonra bir müddət Suzar dağının mağarasında təcrid həyatı yaşamış, ardınca elmi fəaliyyətini davam etdirmək məqsədilə Şiraz şəhərinə yollanmış, Mövlana Möhyəddin Kuşəkənarinin və Mövlana Həsənşah Baqqalın yanında təhsil almağa başlamışdır. Burada müxtəlif elmi sahələrində biliklərini təkmilləşdirmiş və həm sünni, həm də şiə məzhəbindən olan çevrələr tərəfindən ehtiramla qəbul edilən nüfuzlu alimlərdən birinə çevrilmişdir.

Cəlaləddin Məhəmməd Dəvaninin məqbərəsi

Müəyyən dövrdə siyasi fəaliyyətlərlə də məşğul olmuş, Qaraqoyunlu hökmdarı Cahanşahın oğlu Yusifin vəziri kimi fəaliyyət göstərmişdir. Lakin sonralar əsas diqqətini elmi fəaliyyətə yönəltmişdir. Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən Fars vilayətinin Qaziül-quzzatı (baş qazisi) vəzifəsinə təyin olunmuşdur. Sultan Yaqubun vəfatından sonra da Fars vilayətində tədris fəaliyyətini davam etdirmişdir.

Alim 1503-cü ilin yanvar ayında qısa sürən bir xəstəlik nəticəsində, 78 yaşında vəfat etmişdir. Məqbərəsi doğma yurdu olan Dəvan kəndində yerləşir.

Əsərləri

  1. Əxlaqi Cəlali
  2. Ərznamə
Üst