Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbu Məhəmməd Cəmaləddin Əbdürrəhim ibn əl-Həsən ibn Əli əl-Üməvi əl-İsnəvi (ərəb. جمال الدين الإسنوي‎; 1305, Esna, əl-Üqsür mühafəzəsi[d] – 1370[…] və ya 1371,

Cəmaləddin İsnəvi

Vikipediya, azad ensiklopediya
Cəmaləddin İsnəvi
ərəb. عبد الرحيم بن الحسن بن علي الإسنوي الشافعيّ‎
Doğum tarixi 1305(1305)
Doğum yeri
  • Esna, əl-Üqsür mühafəzəsi[d], Misir
Vəfat tarixi 1370(1370)[…] (64–65 yaşında) və ya 1371(1371) (65–66 yaşında)
Vəfat yeri
Fəaliyyəti hüquq alimi, ilahiyyatçı, fəqih

Əbu Məhəmməd Cəmaləddin Əbdürrəhim ibn əl-Həsən ibn Əli əl-Üməvi əl-İsnəvi (ərəb. جمال الدين الإسنوي‎; 1305, Esna, əl-Üqsür mühafəzəsi[d] – 1370[…] və ya 1371, Qahirə) və ya sadəcə İsnəvi (ərəb. الإسنوي‎) — şafii fəqihi.

Həyatı

1305-ci ildə Misirin cənubundakı İsnə şəhərində anadan olmuşdur. Atasından fiqh, fəraiz (miras hüququ) və ərəb dili öyrənmiş, bu müddətdə Quranı da əzbərləmişdir.

1321-ci ildə Qahirəyə gedərək Qütbəddin əs-Sünbati, Xətib əl-Qəzvini, Təqiyyəddin əs-Subki, Əbu Həyyan əl-Əndəlüsi, Məcdəddin əl-Firuzabadi və Ələddin əl-Konevi kimi alimlərdən dərs almışdır. Fiqh, fiqh üsulu, ərəb dili və ədəbiyyatı sahələrində dövrünün tanınmış alimləri sırasında daxil olmuşdur.

Şafii məzhəbinin ilk mənbələrini, sonrakı əsas mətn və şərhlərini, xüsusilə Rəfiinin "əş-Şərhul-kəbir" və Nəvəvinin "Rəvzətüt-talibin" əsərlərini dərindən bilmişdir. Məzhəbdəki böyük nüfuzlarına baxmayaraq, Nəvəvi və Rəfiini tənqid etmiş, onları əş-Şafiinin görüşlərini kifayət qədər bilməməkdə ittiham etmişdir. Bu məqsədlə "əl-Mühimmat" adlı əsərini yazmışdır. Bəzi Şafii alimləri isə Nəvəvini düzgün başa düşmədiyini iddia edərək İsnəviyə cavab xarakterli rəddiyyələr qələmə almışlar.

İsnəvi Məmlük sultanı Nasirin dövründə muhtəsib vəzifəsinə təyin edilmişdir. Lakin vəzir İbn Quzeynə ilə aralarında baş verən mübahisəyə görə 1361-ci ildə istefa vermişdir. Sonra beytül-mal vəkilinin vəzifəsinə təyin olunmuş, lakin elmlə məşğul olmaq üçün 1365-ci ildə bu vəzifədən də ayrılmışdır.

O, Cəmaləddin ibn Zahirə, Zeynəddin əl-İraqi, Bədrəddin əz-Zərkəşi, Siracəddin ibnül-Müləqqin, Əhməd ibn İmad əl-Əkfəhsi və Kəmaləddin əd-Dəmiri kimi şəxsiyyətlərə hədis, fiqh və ərəb ədəbiyyatından dərs vermişdir.

8 dekabr 1370-ci il vəfat etmişdir.

Əsərləri

İsnəvinin qələmə aldığı əsərlərdən bəziləri bunlardır:

  • Əl-Furuq və dəvü ziyadat alə Minhəcit-talibin lin-Nəvəvi.
  • İzahul-müşkil min əhkamil-xunsal-müşkil.
  • Kafil-möhtac.
  • Mətaliud-dəqaiq fi təhriril-cəvami vəl-fəvariq.
  • Təzkirətün-nəbih fi Təshihit-Tənbih.
Üst