Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cənubi Yəmən (ərəb. جنوب اليمن‎, translit. Cənub əl-Yəmən, ing. South Yemen) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (ərəb. جمهورية اليمن الديمقرا

Cənubi Yəmən

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Sosialist respublika (1970–1990)
Yəmən Xalq Demokratik Respublikası
جمهورية اليمن الديمقراطية الشعبية‎
Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya
«
  • لنناضل من أجل الدفاع عن الثورة اليمنية، وتنفيذ الخطة الخمسية، وتحقيق الوحدة اليمنية
  • For the struggle to defend the Yemeni revolution, implement the five-year plan, and achieve the Yemeni unification
»
Himn: الجمهورية المتحدة (ərəbcə)
"Birləşmiş Respublika"
1989-cu ildə Cənubi Yəmən
1989-cu ildə Cənubi Yəmən
30 noyabr 1967  22 may 1990
Paytaxt Ədən
Ən böyük şəhər Əl-Mukalla, Taiz, Zincibar, Əş-Şixr
Dil ərəb dili
Rəsmi dilləri ərəb dili
ingilis dili
məhri dili
sokotri dili
hobi dili
şəhri dili
Din Sünnilik
Ərazisi 360,133 km2 (1990)
Əhalisi 2,585,484 (1990)
İdarəetmə forması Federal Marksist–Leninist birpartiyalı sosialist respublika
İlk Baş katib
   Əbdül Fəttah İsmayıl (1978–1980)
Son Baş katib
   Əli Səlim əl-Beyd (ilk) (1986–1990)
İlk Prezident
   Qəhtan Məhəmməd Əş-Şəəbi (1967–1968)
Son Prezident
   Heydər Əbu Bəkr əl-Əttas (1986–1990)
İlk Baş nazir
   İlk Feysəl Əbd əl-Lati Əş-Şəəbi (1969)
Son Baş nazir
   Yasin Səid Numan (1986–1990)
Tarixi
  30 noyabr 1967 Müstəqilliyin elan edilməsi
  14 dekabr 1967 BMT-yə üzvlük
  31 oktyabr 1967 Konstitusiyanın qəbul edilməsi
  22 may 1990 Unifikasiya
ISO 3166-1 = South
ISO 3166-3 = Yemen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubi Yəmən (ərəb. جنوب اليمن, translit. Cənub əl-Yəmən, ing. South Yemen) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (ərəb. جمهورية اليمن الديمقراطية الشعبية‎, translit. Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya) — Ərəbistan yarımadasının cənubundə yerləşən indiki Yəmən Respublikasının cənubunu, şərqini və Sokotra adasını əhatə edən tarixi sosialist dövlət. Cənubi Yəmən 30 noyabr 1967-ci ildən 22 may 1990-cı ilə qədər mövcud olmuşdur.

Cənubi Yəmən 1874-cü ilBöyük Britaniyanın Ədən Müstəmləkəsi və Ədən Protektoratının yaradılması ilə başlamışdır. Buna baxmayaraq, 1937-ci ildə Ədən Britaniya Hindistanının bir vilayəti olmuşdur. 1963-cü ildə Ədən protektoratının süqutundan sonra, regionda fövqəladə hal elan edilmişdir. Bunun səbəbi Milli Azadlıq Cəbhəsi (MAC) və İşğal edilmiş Cənubi Yəmənin Azadlığı üçün Cəbhə (İCYAC) Böyük Britaniya hakimiyyətinə baş qaldırması idi.

30 noyabr 1967-ci il tarixində Cənubi Ərəbistan Protektoratı və Cənubi Ərəbistan Federasiyası SSRİ-nin köməyi ilə birləşmiş və Marksist–Leninist bir sosialist respublika olmuşdur. Regiona sabitlik gətirmək üçün göstərdiyi səylərə baxmayaraq, ölkə 1986-cı ildə qısa bir vətəndaş müharibəsi yaşamışdır. 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində kommunizmin Avropa ölkələrində süquta uğramasından sonra, Cənubi Yəmən ilə Yəmən Ərəb Respublikası (adətən "Şimali Yəmən" adlandırılır) 22 may 1990-cı il tarixində birləşmiş və müasir Yəmən Respublikasını qurmuşdur. Bu hadisələrə baxmyaraq, 1994-cü ildə Cənubi Yəmən şimaldan ayrıldığını elan etmişdir və nəticədə Yəməndə ümumi bir vətəndaş müharibəsi baş vermişdir. 2017-ci ildən bəri Cənubi Yəməni bərpa etmək cəhdləri göstərilir.

İnzibati bölgü

Müstəqilliyini əldə edən Yəmən Xalq Demokratik Respublikası dərhal ölkəni altı mühafəzəyə (ərəb. محافظة‎‎) bölmüşdür. 1967–1978-ci illərdə bu mühafəzələr rəsmi şəkildə, sadəcə rəqəmlərlə adlandırılırdı, ancaq 1979-cu ildə onlara yeni, rəsmi adlar verilmişdir. Adalar – Kamaran (1972-ci ildə Şimali Yəmən tərəfindən alındı), Perim (Məyun), Sokotra, Əbd əl-Kuri, Səmha, Dərsa və Sokotra arxipelağının digər əhalisiz adaları Aden mühafazasınin müdriyyələri olmuşdu.

Rəqəm Ad Təxmini ərazi (km.2) İnzibati mərkəz
Mühafəzələrin xəritəsi.
Mühafəzələrin xəritəsi.
I Ədən 6,980 Ədən
II Lahc 12,766 Lahc
III Abya 21,489 Zincibar
IV Şəbva 73,908 Ətək
V Hadramaut 155,376 Mukalla
VI Əl-Məhra 66,350 Əl-Geyda

İqtisadiyyat

1980-ci illərin ortalarına qədər Cənubi Yəməndə sənaye məhsullarının istehsalı və mineral sərvətlərin istismarı çox az idi. Bu dövrdə ölkənin Şibam və Mukalla mərkəzi regionlarında əhəmiyyətli neft ehtiyatları kəşf edilmişdir. Gəlirin əsas mənbələri kənd təsərrüfatı (meyvə-tərəvəz, dənli bitkilər, mal-qara, qoyun, balıqçılıq və s.) və neft ixracı idi.

1976-cı ildəki milli büdcə 13,43 milyon Cənubi Yəmən dinarı, ümumi daxili məhsulu 150 milyon ABŞ dolları, milli borcu isə 52.4 milyon ABŞ dolları idi.

Aviaşirkətlər

Aşağıda sadalanan avirşirkətlər YXDR tərəfindən idarə edilirdi:

  • Ədən Hava Yolları (1949–1967), fəaliyyətini 30 iyun 1967-ci ildə dayandırmışdır. Bunun səbəbi Britaniyanın Cənubi Ərəbistan Federasiyası və Cənubi Ərəbistan Protektoratından çəkilməsi idi.
  • Alyemda – Demokratik Yəmən Hava Yolları (1961–1996), keçmiş YƏR aviaşirkəti olan "Yemenia"ya qoşulmuşdur.
  • Yəmən Hava Yolları (1989–1990), fəaliyyətini 22 may 1990-cı ildə, Yəmən Respublikasının qurulmasından sonra dayandırmışdır.

Həmçinin bax

  • Yəmən tarixi
  • Yəmən Demokratik Respublikası
  • Cənubi Yəmən Hərəkatı
  • Dofar üsyanı
  • Yəmən
Üst