| Dövlət Xatun | |
|---|---|
![]() Dəfn edildiyi Dövlət Xatun türbəsi, Bursa | |
Validə sultan | |
| Əvvəlki | Gülçiçək Xatun |
| Sonrakı | Əminə Xatun |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1361 və ya 1365 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 23 yanvar 1414 (48–53 yaşında) və ya 1411 (45–50 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | Dövlət Xatun türbəsi, Bursa |
| Fəaliyyəti | əsilzadə |
| Həyat yoldaşı | İldırım Bəyazid |
| Uşaqları | I Mehmed, Mustafa Çələbi |
| Ailəsi | Osmanlı xanədanı |
| Dini | İslam |
Dövlət Xatun (1361 və ya 1365, Kütahya – 23 yanvar 1414 və ya 1411, Ədirnə) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Çələbi Mehmedin anası, Validə sultan.
Həyatı
1361-ci ildə dünyaya gəldiyi ehtimal olunur. İldırım Bəyazidin Kütahya sancaqbəyi olduğu illərdə saraya alındığı və yeganə övladını da burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq alındığı anlaşılır.
1386-cı ildə yeganə övladı olan Mehmed Çələbini dünyaya gətirdi. Bəzi mənbələrdə İsa Çələbinin də anasının Dövlət Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, İsa Çələbi İldırım Bəyazidin xanımlarından və Gərmiyanoğlu Süleyman bəyin qızı olan Dövlətşah Xatundan dünyaya gəlmişdir.
1393-cü ildə Amasya sancaqbəyi təyin edilən oğlu Mehmed Çələbiylə birlikdə Amasyaya yollandı və 1402-ci ilədək burada qaldı. Ankara döyüşü və ardından başlayan taxt mübarizəsi illərində Bursada yaşayan Dövlət Xatun oğlunun 1413-cü ildə hakimiyyəti ələ almasıyla Ədirnə sarayına gətirildi. Burada sultanın anası olaraq nüfuz qazandı. Ancaq çox keçmədən 23 yanvar 1414-cü ildə Ədirnədə vəfat etdi. Cənazəsi oğlu tərəfindən Bursada inşa olunan Dövlət Xatun türbəsinə dəfn edildi.
- 1361-ci ildə doğulanlar
- 1365-ci ildə doğulanlar
- Kütahyada doğulanlar
- 23 yanvarda vəfat edənlər
- 1414-cü ildə vəfat edənlər
- 1411-ci ildə vəfat edənlər
- Ədirnədə vəfat edənlər
- Osmanlı sülaləsi
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Osmanlı sultanlarının anaları
- Osmanlı sultanlarının xanımları
- Validə sultanlar
