Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Düzqışlaq (digər keçmiş adları - Abdullabəykürdü, Ağamalıoğlu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd. Az

Düzqışlaq (Goranboy)

40°43′23″ şm. e. 46°31′46″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Düzqışlaq
40°43′23″ şm. e. 46°31′46″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 220 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.776 nəf. (2009)
Xəritəni göstər/gizlə
Düzqışlaq xəritədə
Düzqışlaq
Düzqışlaq

Düzqışlaq (digər keçmiş adları - Abdullabəykürdü, Ağamalıoğlu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi adlandırılmış, Ağamalıoğlu kənd inzibati ərazi dairəsi Düzqışlaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir.

Toponimikası

Kənd Gəncə-Qazax düzənliyindədir. Antropotoponimdir.

1925-ci ilədək kəndin adı Abdullabəykürdü olmuşdur. İnqilabdan əvvəl Düzqışlaq adlanan bu ərazidə Goranboy rayonunun Bağçakürd kəndindən olan abdullabəykürdü nəsli məskunlaşmışdı.

Sovet dövründə kəndin adı sovet dövlət xadimi, publisist Səmədağa Həsən oğlu Ağamalıoğlunun şərəfinə adlandırılmışdır. Memorial toponimdir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2776 nəfər əhali yaşayır.

Həmçinin bax

  • Goranboy rayonu
Üst