| Dəmirçi | |
|---|---|
| | |
| 40°50′21″ şm. e. 48°33′40″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Dağlıq Şirvan iqtisadi rayonu |
| Rayon | Şamaxı rayonu |
| Bələdiyyə | Nağaraxana bələdiyyəsi |
| Əhalisi | |
| Əhalisi | 537 nəfər |
| Dəmirçi | |
Dəmirçi — Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçi kənd inzibati ərazi dairəsində kənd. Kənd Nağaraxana bələdiyyəsinə aiddir.
Tarixi

Pirsaatçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanmışdır. Əhən kəndindən gəlmiş dəmirçi ailələri əvvəlcə mövsümi xidmətlə əlaqədar el yolunun kənarında müvəqqəti yurd, sonralar isə daimi yaşayış məntəqəsi salmışdılar. Kəndin adı sakinlərin məşğuliyyəti ilə əlaqədar olmuşdur.
Coğrafiya və iqlim
İqlimi mülayimdir, yayda sərin, qışda isə çox da sərt olmur. Bu kəndin qeyri–adi bir xüsusiyyəti də odur ki, ətraf nə qədər duman, çiskin olsa da kəndin üstü həmişə günəşli olur. Kəndin iqlim şəraiti kənar yaşayış məskənlərinkindən fərqlidir.
Əhali
Kənd əhalisi 537 nəfərdir ki, onunda 281 nəfəri kişi, 256 nəfəri isə qadınlar təşkil edir. Yaşayış evlərinin sayı 68-dir. Kəndin sakinləri vaxtilə İsmayıllının Lahıc və Əhən kəndlərindən gəlmə tatlardır.
Dəniz səviyyəsindən 1500–1600 metr hündürlükdə yerləşir. Burada həkim amblatoriyası var. Kənddə 60 ev elektrik xəttinə qoşulub, içməli su problemi yoxdur. Kəndə turist axını ildən–ilə artır.
Təhsil
Kənddə Saleh Heydərov adına tam orta məktəb fəaliyyət göstərir.
Abidələr

Qədim tikili olan məscidin divarları və damı dağılmışdır. Dəmirçidə olan bütün evlər çox qədim tarixə malikdirlər. Evlərin divarları çox məharətlə hörülmüşdür, sanki bir divar bütöv bir daşdan ibarətdir.
Muzeylər
26 avqust 2018-ci ildə Şamaxı rayon Dəmirçi Arxeologiya Muzeyi fəaliyyətə başlamışdır. Muzeyin tikintisi həmin ilin fevralından avqustunadək davam etmişdir. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir. Muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi–mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər qiymətli tapıntılar, məişət əşyaları nümayiş olunur. Muzey, həmçinin bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq baxımından da mühüm əhəmiyyətə malikdir.
Din
Kənddə Dəmirçi kənd məscidi dini icması fəaliyyət göstərir.
Qalereya
Dəmirçi məscidi
Dəmirçi arxeologiya muzeyində sərgilənən daş qoçlar
Dəmirçi–Lahıc yolu
Dəmirçi ,,Gəgəli nekropolu"
Demirçi1
Həmçinin bax
- Buta (film, 2011)
- Ovsunçu (film, 2002)
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Şamaxı rayonu qaralamaları
- Kənd qaralamaları