Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

"Dərbənd" qəzeti (azərb-kiril. Дәрбәнд) — Dağıstanda Azərbaycan və rus dillərində buraxılan ictimai və siyasi qəzet. Bu qəzetdə Dağıstanda baş verən ictimai və

Dərbənd (qəzet)

Vikipediya, azad ensiklopediya
Dərbənd
Yaranma tarixi 1920
Dil Azərbaycan dili, rus dili
Baş ofis
  • Dərbənd
Ölkə
  •  Sovet Rusiyası[d]
  •  Dağıstan MSSR
  •  Dağıstan
derbend.ru

"Dərbənd" qəzeti (azərb-kiril. Дәрбәнд) — Dağıstanda Azərbaycan və rus dillərində buraxılan ictimai və siyasi qəzet. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycanlılarin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir.

Tarixi

Qəzet 1920-ci ildə "Şurayi-Dağıstan" adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə "Dağıstan füqarası" adı ilə dərc olunur. 1928–1930-cu illərdə qəzetin baş redaktoru Məmmədkazım Ələkbərli olmuşdur. Əməkdaşları arasında Almas İldırım, Beydulla Musayev, Əhməd Cəmil, Fazil Seyidov və başqalarını qeyd etmək olar.

1931-ci ilin oktyabr ayından qəzet "Kolxoz yolu", 1932-ci ilin martından isə "Lenin bayrağı" adı ilə nəşr olunur. 1960–1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan "Kənd mayakı", daha sonradan isə "Leninçi" adını alır. 1990-cı illərin əvvəllərindən isə bugünkü adını alır.

1920–1922-ci illərdə Buynakskda, 1922 və 1924–1930-cu illərdə Maxaçqalada, 1923 və 1930-cu ildən Dərbənddə dərc olunur.

Həmçinin bax

  • Yoldaş (qəzet)
Üst