Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Dərk — Azərbaycan Respublikasının Quba rayonunun Yerfi kənd inzibati ərazi dairəsində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir.

Dərk (kənd)

41°04′59″ şm. e. 48°24′58″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Dərk
41°04′59″ şm. e. 48°24′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Əhalisi
Əhalisi 186 (2009) nəfər
Xəritəni göstər/gizlə
Dərk xəritədə
Dərk
Dərk

DərkAzərbaycan Respublikasının Quba rayonunun Yerfi kənd inzibati ərazi dairəsində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir.

Tarixi

Dərk kəndi qədim tarixə malikdir. Kənddəki yaşlı nəsilin söylədiyinə görə buralar əvvəllər yaylaq yeri olub. Yollar çəkildikdən sonra, əhali çoxalıb və kənd salınıb.

Toponimikası

Dərk oyk., sadə. Baba çayının sahilində, Yan silsiləsindədir. Çox vaxt Dərgavar variantında qeydə alınır. Oykonim dərk (bənd, körpü) və var/vər (qarşı tərəf) komponentlərindən düzəlib, "körpünün, bəndin qarşı tərəfi" mənasındadır.

Coğrafiyası

  • Kənd Həzrət Baba ziyarətgahının ətəyində olduğu üçün kənddən oraya yol var. Buna görə də yayda buraya qonaqların axını çoxalır. Vəlvələçayın mənbəyi buradan başlayır.

Əhalisi

Kənd 32 ev və 150 nəfərdən ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 186 nəfər əhali yaşayır.

Təhsil

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Dərk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır.

Mədəniyyəti

  • Kənddə 1 məktəb,1 kitabxana və mədəniyyət evi var.

İqtisadiyyatı

  • Kəndin əhalisi maldarlıq, qoyunçuluq və arıçılıqla məşğuldur.

Həmçinin bax

  • Quba rayonu
  • Yerfi
Üst