| Zubr | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Tipüstü: Sonağızlılar Tip: Xordalılar Klad: Olfactores Yarımtip: Onurğalılar İnfratip: Ağızçənəlilər Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Sümüklü balıqlar Klad: Xoanlar Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Klad: Dördayaqlılar Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Məməlilər Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Vəhşi heyvanlar Klad: Euteriyalar İnfrasinif: Plasentalılar Maqndəstə: Boreoeutheria Dəstəüstü: Lavrazioterilər Klad: Scrotifera Qranddəstə: Ferungulata Ranqsız: Dırnaqlılar Dəstə: Cütdırnaqlılar Klad: Artiofabula Klad: Cetruminantia Klad: Ruminantiamorpha Yarımdəstə: Gövşəyənlər İnfradəstə: Pecora Fəsilə: Boşbuynuzlular Yarımfəsilə: Öküzlər Triba: Bovini Yarımtriba: Bovina Cins: Bizon Növ: Zubr | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| Bison bonasus | ||||||||||||
| ||||||||||||
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü.
Etimologiya
XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür.
Xüsusiyyətləri
Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır. İldə bir buzov doğur. Zubr qışda söyüd, qovaq və s. ağacların qabığını, həmçinin ağac və kolların zoğ və tumurcuqlarını, yayda isə ot və yarpaq yeyir. Sürü ilə yaşayır.
Arealı
Tarixi dövr ərzində zubr Mərkəzi Avropa meşələrində və Rusiyanın Avropa hissəsinin qərbində yayılmışdır. XX əsrədək vəhşi zubrlar yalnız Rusiyada 2 yarımnövü — Belovejskaya puşşada (100 baş təmizqanlı dağ kəli) düzənlik, Belovejsk zubru və Şimal-Qərbi Qafqazın dağ meşələrində dağ, Qafqaz zubru qalmışdı. Qafqaz zubrunun erkəyi ilə Belovejsk zubrunun dişisindən Qafqaz—Belovejsk zubru alınmışdır. Zubrların sayını bərpa etmək məqsədi ilə xüsusi məntəqələr yaradılmışdır. 25 ölkədə, o çümlədən ABŞ və Kanadada yetişdirilir. Rusiyada Okaboyu-Terras və Oka (Rusiya Federasiyasının Ryazan vilayəti) qoruqlarında, Polşada zubr yetişdirilməsi daha müvəffəqiyyətlə həyata keçirilir. Artıq Belovejskaya puşşada, Karpatda və Qafqazda vəhşi zubrların yeni sürüləri yaradılmışdır.
- Əlifba sırasına görə heyvanlar
- Bizonlar
- Qırmızı kitaba düşmüş heyvanlar
- Nəsli kəsilmək təhlükəsi altında olan heyvanlar
- 1758-ci ildə təsvir edilən məməlilər
- Təhlükədə olmayan növlər
- Avropa məməliləri
- Əhliləşdirilmiş heyvanlar
- Asiya faunası
- Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları
