Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Dağdağan kəndi Xocalı şəhərindən 12 km cənub-şərqdə, Qarabağ silsiləsinin şimal-şərq ətəyində yerləşir.

Dağdağan (Xocalı)

39°47′52″ şm. e. 46°49′18″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Dağdağan
39°47′52″ şm. e. 46°49′18″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 962 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 213 nəf. (2005)
Xəritəni göstər/gizlə
Dağdağan xəritədə
Dağdağan
Dağdağan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

DağdağanAzərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd.

Coğrafiya

Dağdağan kəndi Xocalı şəhərindən 12 km cənub-şərqdə, Qarabağ silsiləsinin şimal-şərq ətəyində yerləşir.

Tarix

1992-ci ilin fevral ayında 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında düşmüşdü. İşğal vaxtı separatçı rejim tərəfindən Krasnı adlandırılırdı.

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdağan kəndinin əhalisinin əhalinin sayı 213 nəfər təşkil edirdi.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağdağan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş.

19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

21 dekabr 2023-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Dağdağan kəndində olub, kəndin ərazisinə baxış keçirmişdi.

Etimologiyası

Toponim Azərbaycanda bitən və qədimdən müqəddəs, pis qüvvələrdən qoruyucu hesab edilən dağdağan ağacının adı ilə bağlıdır. Fitotoponimdir. Azərbaycanda bu bitkinin adı ilə Dağdağan dağı (Xanlar və Şahbuz rayonları), Dağdağanlı dərə (Oğuz, Qəbələ, Qubadlı, Zəngilan, Qazax, Cəlilabad rayonları), Dağdağanlı Qobu (Şəki), Dağdağanlıdüz (Cəbrayıl), Dağdağan təpəsi (Xocavənd) və s. oronimlər də qeydə alınmışdır.

İqtisadiyyat

Dağdağan kəndi 1992-ci ilin fevral ayında işğal olunmuşdan qabaq, kəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğul idi, kənndə səkkizillik məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi mövcud idi.

Həmçinin bax

Üst