Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məscidin təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub və rəsmi açılışı 2025-ci il mayın 9-da

Daşaltı məscidi

Vikipediya, azad ensiklopediya
Daşaltı məscidi
Ölkə
  •  Azərbaycan
Üslubu İslam memarlığı

Daşaltı məscidi — Şuşa rayonunun Daşaltı kəndində inşa olunmuş ibadət ocağı.

Tarixi

Məscidin təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub və rəsmi açılışı 2025-ci il mayın 9-da baş tutub.

Memarlıq xüsusiyyətləri

Məscid Qarabağ memarlıq ənənələrinə uyğun şəkildə kəndin mərkəzində inşa edilib. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər ağa məscidinin minarələrinin formasından istifadə olunub.

Ümumi sahəsi 822 kvadrat metr olan ikimərtəbəli məscidin ibadət zalı 150-dən çox nəfərin eyni vaxtda ibadət etməsinə imkan verir. Burada dəstəmaz otaqları, sanitar qovşaqlar, imam otağı, icma zalı, işçi otağı və xüsusi yardımçı sahələr kimi əlavə məkanlar mövcuddur.

Üst