| Daşbulaq | |
|---|---|
| 40°46′38″ şm. e. 45°48′42″ ş. u.HGYO | |
| Ölkə |
|
| Daşbulaq | |
Daşbulaq (əvvəlki adları: Dağ İrmaşlı; Dağ Daşbulaq) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şəmkir rayonunun Daşbulaq kəndi İrmaşlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Daşbulaq kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Toponimikası
Kəndin ilk, əsl adı olan Dağ İrmaşlı, kənd ərazisinin irmaşlı tayfasına mənsub olmasından belə adlanmışdı; addakı "Dağ" hissəsi onun yaxınlıqda yerləşən İrmaşlı kəndindən fərqləndirmək üçün qoyulmuşdur və bu kəndin dağlıq ərazidə yerləşdiyini əks etdirirdi. Sonralar kəndin adı yaxınlıqda yerləşən Daşbulaq bulağının adıyla Dağ Daşbulaq və nəhayət sadəcə Daşbulaq olaraq dəyişdirilmişdir.
Tarixi
Tarixi abidələri
Kəndin yaxınlığında İrmaşlı Alban Kilsəsinin qalıqları yerləşir.
Coğrafiyası və iqlimi
Kənd dağ ətəyində, Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
Əhalisi 591 nəfərdir (2009).
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Şəmkir rayonu qaralamaları
- Şəmkir rayonunun kəndləri
