| Daşlıq dələsi | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Tipüstü: Sonağızlılar Tip: Xordalılar Klad: Olfactores Yarımtip: Onurğalılar İnfratip: Ağızçənəlilər Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Sümüklü balıqlar Klad: Xoanlar Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Klad: Dördayaqlılar Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Məməlilər Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Vəhşi heyvanlar Klad: Euteriyalar İnfrasinif: Plasentalılar Maqndəstə: Boreoeutheria Dəstəüstü: Lavrazioterilər Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Ferae Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Yırtıcıkimilər Dəstə: Yırtıcılar Yarımdəstə: İtkimilər İnfradəstə: Arctoidea Fəsiləüstü: Musteloidea Fəsilə: Dələlər Yarımfəsilə: Sibir porsuqları Cins: Dələ Növ: Daşlıq dələsi | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.
Qısa təsviri
Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər.
Yayılması
Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Azərbaycan ərazisəndə meşə dələsinə nisbətən daşlıq dələsi geniş yayılmışdır. Hazırda əsasən Böyük və Kiçik Qafqaz sıra dağlarının qayalıqlarında, Naxçıvan MR-da, Talış dağlarının dağ və dağətəyi, eləcə də meşəlik sahələrində yayılmışdır. Ən çox Böyük və Kiçik Qafqazın dağətəyi fıstıq və qarışıq meşələrində təsadüf olunur.
Həyat tərzi
Həyat tərzi meşə dələlərində olduğu kimidir, lakin meşə dələlərindən fərqli olaraq, yaşayış məntəqələrindən çox da uzağa getmir. Qayalıq yerlərə üstünlük verir və yuvasını yarğanlarda və ağac köklərinin arasında düzəldir. Çevikliyi, cəldliyi, uzunsov bədən quruluşuna malik olması sahəsində dar dəliklərdən və deşiklərdən asanlıqla keçir.
Qidalanması
Əsasən gecə yırtıcısı olub, xırda gəmiricilərlə, quşlar, sürünənlər və suda-quruda yaşayan heyvanlarla, az hallarda isə bəzi meyvələrlə qidalanırlar.
Çoxalması
İyul ayında cütləşirlər. 236-274 gün davam edən boğazlıq dövründə sonra ana dələ 8-ə qədər bala doğur. Balalrın sayı çox vaxt 3-4-dür.
Həmçinin bax
- Dələ
- Pakistan məməliləri
- Hindistan məməliləri
- Azərbaycan məməliləri
- Təhlükədə olmayan növlər
- Qırmızı kitaba görə az qayğı tələb edən növlər
- Avropa faunası
- Qərbi Asiya məməliləri
- 1777-ci ildə təsvir edilən məməlilər