Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Darıdağ silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağ

Darıdağ silsiləsi

39°00′45″ şm. e. 45°41′14″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Darıdağ silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1927,4 m
Yerləşməsi
39°00′45″ şm. e. 45°41′14″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Culfa
Darıdağ silsiləsi xəritədə
Darıdağ silsiləsi
Darıdağ silsiləsi

Darıdağ silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında yerləşir və yer səthində onun təbii davamı kimi çıxış edən müstəqil morfostruktur qalxıma cavab verir. Cənub-şərqdə Yaycı düzündən başlayaraq şimal-şimal-qərbə doğru Əlincəçayın sol sahilinədək 16 km məsafədə uzanır. Ən hündür zirvəsi Darıdağdır (1927,4 m). Silsilənin digər zirvələri Pilələr (1562,6 m), Şahqaraş (1430,6 m), Dikdaş (1411,0 m) və Kəsəndağdır (1102,1 m). Yamacları kəskin parçalanmış və sıldırımlıdır. Darıdağ mineral sular yatağı silsilənin cənub-şərqindədir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında yerləşən və Üst Eosen, Oliqosen və Alt Miosen yaşlı çökmə və vulkanogen-çökmə süxurlardan təşkil olunmuş Darıdağ-Aza qalxımının mərkəzi hissəsinə uyğun gəlir və morfostruktur baxımdan suayırıcısı şimal-qərbə uzanan qırılma ilə pozulmuş antiklinal silsilə kimi səciyyələndirilir.

DAĞÜSTÜ SİLSİLƏSİ – Culfa rayonu ərazisində Darıdağ silsiləsinin yerli əhali arasında işlədilən başqa adı.

Həmçinin bax

Üst