Dağıstan Respublikasının bayrağı Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət simvoludur.
| Dağıstan Respublikasının bayrağı | |
|---|---|
![]() | |
![]() | |
| Təfərrüatlar | |
| Proporsiya | 2:3 |
| Dizayner | Əbdülvəqab Muratçayev |
Bayrağın rəngləri
19 noyabr 2003-cü il tarixli 27 saylı "Dağıstan Respublikasının Dövlət Bayrağı haqqında" Dağıstan Respublikası bayrağının rəngləri bunlardır:.
| Цвета | Yaşıl | Göy | Qırmızı |
|---|---|---|---|
| RGB | 0–147-73 | 0–57-166 | 213–43-30 |
| HTML | #009349 | #0039A6 | #D52B1E |
Simvolu
Yaşıl rəng həyatı, Dağıstan torpağının bolluğunu təcəssüm etdirir və eyni zamanda İslamın ənənəvi rəngi kimi çıxış edir (Dağıstanlı möminlər əsasən sünni müsəlmanlardır). Mavi rəng dənizin rəngi (respublikanın şərq hissəsi Xəzər dənizi ilə yuyulur), Dağıstan xalqının gözəlliyini və böyüklüyünü simvollaşdırır. Qırmızı rəng demokratiya, həyat yaratmaq prosesində insan zehninin işıqlandırıcı gücü, Dağlar ölkəsi (Dağıstan) əhalisinin cəsarəti və şücaəti deməkdir.
Tarixi
Şimali Qafqaz imamlığı

Şimali Qafqaz əmirliyi

Rusiya imperiyası dövründə Çeçenistanın əksəriyyəti Qroznı ilə birlikdə Terek vilayətinin bir hissəsi idi və öz simvollarına malik deyildi.
1919-cu ilin sentyabrında Çeçenistanın Vedeno kəndində əmir Uzun-Hacı Saltinski Şimali Qafqazın müstəqilliyini və Dağıstanın dağlıq bölgələrini, dağlıq Çeçenistanı və İnquşetiyanın bir hissəsini özündə birləşdirən Şimali Qafqaz əmirliyinin yaradıldığını elan etdi. Əmirlik, Osmanlı imperatorluğunun protektoratı altında Şəriət monarxiyası olaraq yaradıldı.
Şimali Qafqaz əmirliyinin bayrağı ağ aypara və üzərində üç ulduz olan yaşıl parça idi. Görüntülərdə bayrağın uzunluğunun eninə nisbəti 2:1-ə yaxındır.
1925

1927

1927-ci il DMSSR Konstitusiyasında respublikanın ticarət və hərbi bayrağının təsviri var idi. Qırmızı rəngli parçadan ibarət olan, sol küncündə milin yuxarısına qızıl hərflərlə "Dağıstan Muxtar Sovet Sosialist Respublikası" yazılmışdı.
1937
1937-ci il DMSSR Konstitusiyasına görə, respublikanın dövlət bayrağı RSFSR-in dövlət bayrağı idi və bu bayraq, bayrağın bütün eni boyunca dirəkdə açıq mavi zolaqlı qırmızı parçadan ibarət idi. Qırmızı bayrağın sol küncündə bir çəkic və oraq və yuxarıda qızıl haşiyə ilə haşiyələnmiş beşguşəli ulduz təsvir edilmişdir. Oraq və çəkicin üstündə qızıl hərflərlə "DMSSR" yazısı rus, avar, kumık, ləzgi, azərbaycan və lak dillərində verilmişdi.
1954

1978
IX çağırış DMSSR Ali Sovetinin VIII sessiyası 30 may 1978-ci ildə yeni Konstitusiya qəbul etdi. Ümumiyyətlə, həm bayraq, həm də gerb dəyişilməz qaldı. Yazıların yazılma dilləri dəyişdirilərək 11:rus, avar, azərbaycan, darqin, kumık, lak, ləzgi, noqay, tabasaran, tat və çeçen dilləri oldu.
1994
Dağıstan Respublikasının bayrağı üfüqi yaşıl, mavi və qırmızı zolaqlardan ibarət düzbucaqlı paneldir; eninin uzunluğuna nisbəti 1:2-dir.
Müasir variant
Bayrağın hazırkı versiyası 19 noyabr 2003-cü ildə "Dağıstan Respublikasının Dövlət Bayrağı haqqında" 27 saylı qanunla təqdim edilmişdir.
Dağıstan Respublikasının bayrağı üç bərabər üfüqi zolaqdan ibarət düzbucaqlı paneldir: üstü yaşıl, ortası mavi, alt hissəsi qırmızı rəngdədir. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dir
Bayrağın endirilməsi
5 may 2012-ci tarixində, 15 nəfərin öldüyü, yüzdən çox insanın yaralandığı Mahaçqaladakı nəzarət-buraxılış məntəqəsində törədilən ikili terror aktının qurbanlarının yas mərasimi ilə əlaqədar olaraq Dağıstanın bütün şəhər və rayonlarında Dağıstan və Rusiya bayraqları endirildi.
Rekord
2014-cü ilin noyabrında Mahaçqalada Rusiya Federasiyası və Dağıstan Respublikasının bayraqları açıldı. Ölçüləri 27 metr enində və 40 metr uzunluğunda idi. 250 gəncin iştirak etdiyi bayrağın açılış mərasimi, daha çox gəncin iştirak etdiyi ən kütləvi bayraq açılışı mərasimi kimi Ginnesin Rekordlar Kitabına düşməli idi.v
Qalereya
Şimali Qafqaz imamlığı bayrağı
Dağlılar Respublikası bayrağı
Bələdiyyələrin bayraqları
1 yanvar 2020-ci il tarixində Dağıstan Respublikasında 761 bələdiyyə: 9 şəhər dairəsi, şəhərlərarası bölgüsü olan 1 şəhər, 3 şəhərətrafı rayon, 41 bələdiyyə rayonu, 7 şəhər qəsəbəsi və 700 kənd qəsəbəsi var idi.
Şəhər dairələrinin bayraqları
|
|
Bələdiyyə rayonlarının bayraqları
|
|
Kənd yaşayış məntəqələrinin bayraqları
|

