Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Diferensial hesabı — riyaziyyatın funksiyaların xassələrini törəmə və diferensiallar vasitəsilə öyrənən bölməsi. D.h. mahiyyəti ondan ibarətdir ki, funksiyanın

Diferensial hesabı

  • Ana Səhifə
  • Diferensial hesabı

Diferensial hesabı — riyaziyyatın funksiyaların xassələrini törəmə və diferensiallar vasitəsilə öyrənən bölməsi. D.h. mahiyyəti ondan ibarətdir ki, funksiyanın lokal (ayrı-ayrı nöqtələrin ətrafındakı) xassələrini araşdırmaqla onun xassələrini bütövlükdə təsvir etsin. D.h. bəzi məsələlərinə hələ qədim yunan riyaziyyatçıları diqqət yetirmişlər. D.h. bir çox məsələləri öz həllini, həm də yüksək səviyyədə, fransız riyaziyyatçıları R. Dekartın, P. Fermanın və başqalarının işlərində tapmışdır.

Amma buna baxmayaraq diferensial hesabının əsasını qoyanlar ingilis alimi İsaak Nyuton və alman alimi H. Leybnist hesab edilir. Onların işlərində diferensial hesabının əsas anlayışları olan törəmə və diferensial anlayışları verilmişdir. Bu anlayışların əsasında limit anlayışı durur. Ancaq o dövrdə hələ limit anlayışı riyazi mənada tam əsaslandırılmamışdı.

XIX əsrin əvvəllərindən başlayaraq diferensial hesabı limitlər nəzəriyyəsinin teoremləri ilə əsaslandırıldı (O. Koşi, B. Bolsano, K. Hauss).

Diferensial hesabının ilkin anlayışlarının daha dərindən analizi çoxluqlar nəzəriyyəsinin inkişafı ilə bağlıdır.

XVIII əsrdən başlayaraq diferensial hesabı müxtəlif elm sahələrinin — diferensial həndəsə, variasiya hesabı, diferensial tənliklər və s. yaranmasına səbəb oldu.

Diferensial həndəsə

Riyaziyyatın üçölçülü Evklid fəzası, yaxud Affin fəzasında əyrilərin və səthlərin xassələrini, o cümlədən, çoxölçülü səthləri və s. həndəsi obrazları riyazi analizin üsulları ilə öyrənən sahəsidir.

Ədəbiyyat

  1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
  2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
  3. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000–2012-ci illər, Bakı.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 11, 2026

    Qeyri-hökumət təşkilatı

  • Aprel 04, 2026

    Abbasilər xilafəti

  • Aprel 12, 2026

    Bakı qalası

  • Aprel 10, 2026

    Bakmil metrostansiyası

  • Aprel 03, 2026

    Cinsi seçmə

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst