Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"#" simvolu (diyez işarəsi, octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur:

Diyez işarəsi

  • Ana Səhifə
  • Diyez işarəsi

"#" simvolu (diyez işarəsi, octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur:

  • UNIX mühitində: Komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir.
  • UNIX proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində bir sətirli şərh işarəsi kimi istifadə olunur.
  • HTML fayllarında: İstinadlarda faylın daxilindəki hər hansı bir bölümün, hissənin və s. bəlgəsinin adından əvvəl qoyulur.
  • Simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur.
  • C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir.
  • Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur.
  • printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur.
  • Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir.
  • Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#).
Diyez işarəsi

Musiqidə Diyez İşarəsi

Musiqidə diyez işarəsi (#) səsi yarım ton yüksəltməyi bildirən alterasiya işarəsi (#). Məsələn, Do notu diyez alarsa, Do# (Do diyez) adlanır və səs bir qədər yüksək səslənir. Bu işarə notun qarşısında və ya açarda göstərilir , notun adından sonra deyilir, musiqi yazılarında və akkordlarda geniş istifadə olunur.

  • Misal:
    • Do → Do# - do-diyez
    • Fa → Fa# - fa-diyez və s.

Diyez işarəsi bəzi tonal sistemlərdə modulyasiya və melodik ifadəliliyi artırmaq üçün istifadə edilir.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    23 mart

  • Aprel 08, 2026

    NKVD üçlükləri

  • Aprel 07, 2026

    Özbəkistan Respublikası

  • Aprel 03, 2026

    Nitq hissələri

  • Aprel 20, 2026

    Xivə xanlığı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst